Danişiqlari DİN aparmaldir -- Politoloqdan açiqlama

08, 06, 18
14:26

Danişiqlari DİN aparmaldir -- Politoloqdan açiqlama

Ermənistanın yeni baş naziri N. Paşiyan parlamentin iclasında bildirib ki, Qarabağ danışıqlarda   , "DQR" nümayəndələri iştirak etməlidir. Bu məsələ ilə politoloq Rüfət Əliyevin mövqeyini öyrəndik. Politoloq,  saytımızda açıqlamasında Paşiyanın bleflə məşğul olduğunu bildirib. Bir tərəfdən Azərbaycan prezidenti ilə danışıqlara hazır olduğunu bildirir,  digər tərəfdən isə Azərbaycan qəbul etməyəcəyi təklifi verib, bir müddətlik də olsa,  danışıqlar prosesini pozmaq istəyir. Eyni zamanda "DQR" nümayəndələrinin danışıqlarda iştirak etməsini təklif etməklə,  Ermınistanı işğal məsuliyyətindən azad eləmək istəyir. Situasiya uyğun olaraq Azərbaycan necə davranmalıdır sualına isə politoloq  cavabında bildirdi ki, Azərbaycan tərəfi bir halda ki, Ermənistanın baş naziri bunun "DQR" nümayəndələri ilə müzakirədə iştirak etməli olduğunu bildirirsə,  Paşiyanın həmin müzakirədə iştirakı hansı zərurətdən doğur?  Fikrimcə Azərbaycan tərəfi ATƏT-in Minisk qrupunun da iştirakı ilə  "DQR" nümayəndələri ilə danışıq aparmaq təklifi verməlidir. Danışığı da XİN yox,  DİN aparmalıdır. Məhz, niyə DİN sualımıza isə politoloq bildirdi ki, Qarabağ BMT tərəfindən tanınmış ərazimiz,  Qarabağ erməniləri isə bizim vətəndaşlarımızdır.  Madam ki, Ermənistan baş naziri işğal məsuliyyətindən yayınıb,  problemi "DQR " nümayəndələri ilə müzakirə olunmasını bildirirsə,  sual olunur Ermənistanın həmin danışıqlarda nə işi var? Ermənistan işğal məsuliyyətindən yayına bilərmi sualına isə, politoloq bildirdi ki, işğal faktı ən mötəbər qurum BMT də təsdiq edib, Azərbaycan torpaqlarının boşaldılması haqqında dörd qətnamə qəbul edib. Ermənistanın çabalanmasından asılı olmayaraq,  məsuliyyətdən yayına bilməyəcək. Bu gələcəkdə beynəlxalq məhkəmənin predmeti olan məsələdir.
ÃÃÃðÃÃÃÃÃøÃýÃúÃø ÃÿÃþ Ã÷ÃðÃÿÃÃÃþÃÃÃà pashinyan parlament 7 iyunya

Bizimlə əlaqə saxlayın