“Ramiz Mehdiyev icra başçılarının həbsindən çox narahatdır”


“AMEA Rəyasət Heyətinin (əslində Ramiz Mehdiyevin) bəyanatını oxudum. Bu bəyanatla bağlı əgər hər hansı yazı olubsa, oxumadığıma görə çox təəssüflənirəm. Əgər ümumiyyətlə yazı olmayıbsa, bu da çox pisdir. Ramiz Mehdiyevin bütün yazıları kimi bu yazını da çox diqqətlə oxudum və başa düşdüm ki, bu bəyanatın məqsədi “…Vətənin taleyini düşünməmək, onun çətin məqamında vəzifə və sərvət davası etmək kimliyindən asılı olmayaraq hər kəs üçün utancvericidir” cümləsindəki fikirləri söyləmək üçündür. Bu cümlədən başqa yazılanların hamısı ancaq Mehdiyev və onun iş metodunu tanımayanlar üçündür”.

Azerbaycanrealligi.com xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılovun sözlərinə görə, R.Mehdiyevi tanıyanlar çox yaxşı bilirlər ki, sadə fikir ayrılığına bər-bəzəkli siyasi çalar vermək, cəmiyyəti parçalamaq, insanları üz-üzə qoymaq, korrupsiyanı ölkənin idarəetmə sisteminə çevirmək daim onun iş metodu olub: “ABŞ və Avropanın Qarabağ məsələsindəki yanlış mövqeyini əlində bayraq edib onları tənqid etməsi də oxucuları çaşdırmamalıdır. Məhz Ramiz Mehdiyev bütün fəaliyyəti dövrü Azərbaycanın ABŞ və Avropa ilə münasibətlərinin korlanmasına çalışıb. Bu da onun Azərbaycanın maraqlarından çıxış etməsindən yox, Rusiyaya sevdasından irəli gəlir. 17 il Prezident Administrasiyasının rəhbəri vəzifəsində olub, ölkəni faktiki idarə edən, vətəndaşlara zülm etdirən bir şəxsin bu gün vətəndaş cəfakeşi olması da mümkünsüzdür.

Əminəm ki, bəyanatda qeyd edildiyi kimi, AMEA-nın islahat və yenilənmə tərəfdarı olması fikri də qeyri-səmimidir. Bütün fəaliyyəti gənclərin yolunu kəsmək, elm ocağını korrupsiya bataqlığına çevirmiş qocalar evinin birdən-birə “islahatçı” olması da yalandır. İndi isə yenidən ”…Vətənin taleyini düşünməmək, onun çətin məqamında vəzifə və sərvət davası etmək kimliyindən asılı olmayaraq hər kəs üçün utancvericidir” cümləsinə qayıdıram. Bəli, əminəm ki, o böyük yazı bu cümləni kimlərəsə çatdırmaq, “hələ də biz varıq” demək üçündür. Ramiz Mehdiyev təyin etdirdiyi icra başçılarının dalbadal həbs olunmasından, vəzifələrindən azad olunmalarından çox narahatdır. Vəzifə davası deyiləndə yəqin ki, bu nəzərdə tutulur. Bundan başqa, o da bəllidir ki, istintaq orqanları həbs olunmuş icra başçılarından oğurladıqlarını qaytarmağı tələb edir. O da bəllidir ki, talançı, rüşvətxor icra başçıları hər ay hara haqq vediklərini geci-tezi danışacaqlar. Hesab edirəm ki, Akademiyanın rəsmi səhifəsini şəxsi bloqa çevirmiş Ramiz Mehdiyevin hər yazısının arxasında ciddi narahatlıq, təhdid mesajları dayanır”. 

Azerbaycanrealligi.com 
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Afaq Bəşirqızı əməliyyat olunub

Afaq Bəşirqızı əməliyyat olunub

  • 15 may, 23:30
Afaq Bəşirqızı əməliyyat olunub
Koronavirusa yoluxan Mətanət İsgəndərlinin səhhəti ilə bağlı AÇIQLAMA

Koronavirusa yoluxan Mətanət İsgəndərlinin səhhəti ilə bağlı AÇIQLAMA

  • 11 may, 22:00
Koronavirusa yoluxan Mətanət İsgəndərlinin səhhəti ilə bağlı AÇIQLAMA
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Baş direktoru Kərim Şükürovun 65 yaşı tamam olur

Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Baş direktoru Kərim Şükürovun 65 yaşı tamam olur

  • 10 may, 13:36
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Baş direktoru Kərim Şükürovun 65 yaşı tamam olur
Xalq artistinin həyat yoldaşı ona şiddət göstərib? – VİDEO

Xalq artistinin həyat yoldaşı ona şiddət göstərib? – VİDEO

  • 08 may, 20:00
Xalq artistinin həyat yoldaşı ona şiddət göstərib? – VİDEO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar