Daxili işlər nazirləri: kim neçə il işləyib? - SİYAHI

02, 07, 18
17:10

Daxili işlər nazirləri: kim neçə il işləyib? - SİYAHI

Daxili işlər nazirləri: kim neçə il işləyib? - SİYAHI



Bu gün - 2 iyul Azərbaycan polisi günüdür. Polis orqanlarının yaranmasından 100 il ötür. Düz 100 il bundan öncə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı

Sizə Azərbaycan Xalq Cümhuriyyəti, sovet dönəmi və müstəqillik illərində daxili işlər naziri oçmuş şəxslərin siyahısını təqdim edirik:
Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirləri:
1. Fətəli Xan İsgəndərxan oğlu Xoyski (28 may 1918 - 17 iyun 1918)
2. Cavanşir Behbud xan Azad xan oğlu (17 iyun 1918 - 26 dekabr 1918)
3. Xasməmmədov Xəlil bəy (26 dekabr 1918- 16 iyun 1919)
4. Yusifbəyli Nəsib bəy Yusif oğlu (16 iyun 1919- 22 dekabr 1919)
5. Hacınski Məmmədhəsən Cəfərqulu oğlu (22 dekabr 1919- 15 fevral 1920)
6. Vəkilov Mustafa ağa Nadir ağa oğlu (15 fevral 1920- 28 aprel 1920)
Azərbaycan SSR-in daxili işlər nazirləri:
1. Sultanov Həmid Həsən oğlu (28 aprel 1920 - 1 iyun 1921)
2. Bağırov Mircəfər Abbas oğlu (5 oktyabr 1921 - 22 may 1927)
3. Rizayev Novruz Kərim oğlu (22 may 1927 - 10 iyul 1929)
4. Yemelyanov Stepan Fyodoroviç (1 avqust 1929 - 5 fevral 1941)
5. Yaqubov Mirteymur Ələkbər oğlu (6 mart 1941 - 1 iyun 1943)
6. Atakişiyev Ağasəlim İbrahim oğlu (10 iyun 1943 - 6 iyun 1953)
7. Quskov Anatoli Mixayloviç (8 avqust 1953 - 25 mart 1954)
8. Buliqa İvan Yefistovyeviç (30 aprel 1954 - 10 iyul 1956)
9. Əli Kərimov (siyasətçi) (11 avqust 1956 - 5 fevral 1960)
10. Məmmədov Xəlil Məmməd oğlu (3 noyabr 1960 - 5 yanvar 1965)
11. Əlizadə Məmməd Əli oğlu (5 yanvar 1965 - 19 mart 1970)
12. Heydərov Arif Nəzər oğlu (19 mart 1970 - 20 iyul 1978)
13. Vəliyev Cəfər Cəbrayıl oğlu (4 noyabr 1978 - 6 aprel 1987)
14. Məmmədov Aydın İsrafil oğlu (7 aprel 1987 - 9 may 1990)
Müstəqillik illərində daxili işlər naziri vəzifəsini tutanlar:
1. Əsədov Məhəmməd Nəbi oğlu (23.05.1990 – 20.11.1991)
2. Kərimov Tofiq Mirzə oğlu (21.11.1991 – 20.02.1992)
3. Əliyev Tahir Yunus oğlu (24.02.1992 – 25.05.1992)
4. Həmidov İsgəndər Məcid oğlu (26.05.1992 – 16.04.1993)
5. Allahverdiyev Abdulla Museyib oğlu (21.04.1993 – 25.06.1993)
6. Novruzov Vaqif Yusif oğlu (07.07.1993 – 29.04.1994)
7. Usubov Ramil İdris oğlu (29.04.1994)

Bizimlə əlaqə saxlayın