"Türkiyəni nüfuzdan salmaq cəhdləri ABŞ üçün bütün sahələrdə geriləmə ilə nəticələnəcək"

25, 04, 21
13:30

"Türkiyəni nüfuzdan salmaq cəhdləri ABŞ üçün bütün sahələrdə geriləmə ilə nəticələnəcək"


Bu proses Türk birliyinin də qüdrətlənməsinə və tək çarənin Turan olduğuna inamı artırır

ABŞ Prezidenti Co Baydenin Amerika tarixində ilk dəfə olaraq 1915-ci il hadisələrini rəsmi olaraq "Erməni soyqırımı" kimi tanıması şaşqın bir mənzərə yaradıb.Baydendən əvvəl ABŞ prezidentləri 24 aprel 1915-ci il hadisələri üçün "erməni soyqırımı" əvəzinə "fəlakət" və ya "tarixin qaranlıq dövrü" kimi ifadələr işlədiblər. "Erməni soyqırımı"nı rəsmən tanıyan ölkələr, yəni Ankaranın 1915-ci il hadisələrini "soyqırımı" adlandıraraq Osmanlı İmperiyasına yüz minlərlə Ermənistan vətəndaşının məcburi köçünü rəsmi olaraq qəbul edən ölkələrin sayı 31-dir.

"Erməni soyqırımı" ilə bağlı iddia qaldırmanın mümkün olmamasının ən vacib səbəblərindən biri Amerika hökumətinin bu istiqamətdə qərar verməməsi idi. Keçən il Konqresin soyqırımı qərarından sonra Baydenin 1915-ci ili soyqırımı kimi təyin etməsi, ABŞ hökumətinin artıq 1915-ci ili soyqırımı kimi rəsmən tanımasıdır. Bundan sonra məhkəmələrdəki dava iddialarının qısa müddətdə bitəcəyi anlamına gəlmir. Onlara görə mülki işlərin illər çəkə biləcəyi və bəlkə də bunun prosesi başladacağı qaydalar var, amma onsuz da Türkiyənin məhkəmə proseslərində çox zaman itirəcəyi aydındı. İsveçrə hökuməti ABŞ-da açılacaq məhkəmə işləri səbəbiylə itirilə biləcək pulların məbləğinin çox yüksək olacağını anladıqda, bir razılaşma etməli oldular. Bu gün Türkiyənin beynəlxalq aləmdəki nüfuzunu azaltmaq üçün nələr etmək olar?

Yenə deyirəm, Amerikanın 1915-ci il hadisələrini soyqırımı kimi xarakterizə etməsi son dərəcə səhv, haqsız və qanunsuzdur. İtirən yalnız Amerika tərəfi olacaq. Regionda isə tarazlıq Rusiyanın xeyrinə dəyişəcək.

Türkiyənin isə yeni müttəfiqlərlə əlaqələrini gücləndirəcək. Perspektivdə İncirlik hərbi bazasının bağlanacağı və Türkiyənin NATO blokundan çıxacağı da gözlənilir. Bu proses Türk birliyinin də qüdrətlənməsinə və tək çarənin Turan olduğuna inamı artırır. Orta və şərqi Asiya ölkələri də həm iqtisadi, həm hərbi əməkdaşlığı gücləndirəcək.

Türkiyəni nüfuzdan salmaq cəhdləri ABŞ üçün həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə geriləmə ilə nəticələnəcək. NATO baxımından Türkiyə kimi döyüşkən orduya malik üzvü itirmək yaxın perspektivdə yaxşı heç nə vəd etmir. Qısacası, Amerika prezidentinin bu açıqlaması çox da qorxulu deyil... Saatın əqrəbləri bizim xeyrimizə işləyir...

Anar Əsədli, AY Partiya başqanı 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın