Hərbi Qənimətlər Parkı cəmiyyətdə böyük ruh yüksəkliyi yaradıb

24, 04, 21
16:00

Hərbi Qənimətlər Parkı cəmiyyətdə böyük ruh yüksəkliyi yaradıb


Son günlər istər Bakının mərkəzində möhtəşəm qələbəmizi ifadə edən Hərbi Qənimətlər Parkının açılışında, istərsə də müharibədən sonra ADA Universitetində təşkil olunan beynəlxalq əhəmiyyətli ilk mühüm konfransdakı çıxışlarında ölkə başçısı Azərbaycan əleyhdarlarına mühüm mesajlar verdi. Azerbaycanrealligi.com xəbər verir ki, Bu fikirləri Ana Vətən Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Arzuman Abdulkərimov bildirib.

O qeyd edib ki, əvvəla Hərbi Qənimətlər Parkı mahiyyət etibarilə ölkəmizin tarixində bir ilkdir və dünyada onun bənzəri çox azlıq təşkil edir. Otuz illik işğaldan sonra qazanılmış tarixi Qələbəni təsdiqləyən Park Azərbaycan dövlətinin və Ordusunun regionun ən güclüsü olduğunu deməyə əsas verir. Təsadüfi deyildir ki, bu parkın ərsəyə gətirilməsi uzun illər qələbəyə sözün həqiqi mənasında ac olan cəmiyyətimizdə çox böyük ruh yüksəkliyi yaradıb. Dövlət başçısının hərbiçilər önündə çıxışı bir daha onu sübut etdi ki, Azərbaycan işğalla heç vaxt barışmayacaqdı və barışmadı da. Oxşar fikirləri ADA Universitetində təşkil olunan “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda da davan etdirən dövlətimizin başçısı Ermənistana və havadarlarına bir növ xəbərdarlıq etdi. Prezident artıq müharibənin bitdiyini və Azərbaycanın yeni dövrdə regionda dialoq və əməkdaşlıq mərhələsinnin yaranmasında maraqlı olduğunu bildirdi.

Partiya sədrinin müavini bildirib kİ, Prezident İlham Əliyev dünyanın müxtəlif strateji institutlarının rəhbər və nümayəndələri ilə dialoqunda, onların suallarını cavablandırarkən münaqişənin tarixini, Azərbaycan, o cümlədən Cənubi Qafqaz üçün ölçüyəgəlməz , Azərbaycanın uzun illər işğalda qalan rayonlarında dağıdılmış maddi və mənəvi irsini, xalqımızın yaşadığı faciələri çox dəqiqliklə çatdırmaqdan savayı, eyni zamanda bizim gələcəyə ümidlərlə baxdığımızı, Azərbaycanın hər zaman sülh, tərəqqi, regionun inkişaf etdirilməsinin tərəfdarı olduğunu aydın şəkildə ifadə etdi.

Azərbaycanın yeni yaranmış siyasi reallıqda əməkdaşlığın və inkişafın bərqərar olmasının, regionun kommunikasiya və iqtisadi bütövlüyünün təmin edilməsinin tərəfdarı olması və bu prosesdə diqqəti keyfiyyətli əməkdaşlıq platformasının yaradılmasının vacibliyinə yönəltməsi dövlət başçısının çıxışlarında əsas tezislərdən biri idi. Şübhəsiz ki, öz cəmiyyətlərinə “Azərbaycanafobiya” aşılayan və ölkəmiz haqqında dayanmadan qara-piar aparan Ermənistan siyasətçiləri və lobbisi bunları yaxşı-yaxşı eşitdi. Onlar Azərbaycanı haqq mübarizəsi aparmış, haqlı olaraq qalib olmuş dövlət imicindən uzaqlaşdıra bilməzlər. Əcnəbi nümayəndələr də aydın şəkildə gördülər ki, ölkəmizin başçısı həm tarixi, baş verənləri əla şərh edir, həm də mövcud vəziyyəti düzgün qiymətləndirir. Hər kəs gördü ki, dövlət başçısı nə qədər də inkişafın tərəqqinin, sülhün tərəfdarı olması ilə yanaşı, yeni reallıqlarla barışmaq istəməyən qüvvələrə də öz ultimatumunu çatdırmaqda qərarlı siyasətçidir.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın