Cəmil Həsənlinin qızından 1 aprel ZARAFATI

02, 04, 21
18:00

Cəmil Həsənlinin qızından 1 aprel ZARAFATI


Cəmil Həsənlinin qızının günlərdir ki, müzakirə olunan videosu bir məsələni aktuallaşdırır: hansısa siyasi fəaliyyətlə məşğul olursansa, yaxud atan bu işi görürsə, deməli, istədiyini edə, istədiyin kefi çəkə bilərsən, amma bu ortaya çıxırsa, arxasında şəxsi həyata müdaxilə və siyasi məqsəd var.

Necə olur ki, hansısa bir qızın sevdiyi oğlanla görüşü böyük ayıb hesab olunan cəmiyyətdə Cəmil Həsənlinin qızının “qrup seksi” normal qarşılanır, bu “şəxsi həyata müdaxilə” kimi qəbul olunur. Bu cəmiyyətdə səmimiyyətsizliyin göstəricisidir, lakin yenə də əksəriyyətimiz Cəmil və qızına anlamağa, məsələnin üzərinə getməməyə çalışdıq, göz yumduq.

Ta o vaxta qədər ki, Cəmil və qızı xalqın dəstəyindən sui-istifadə etməyə, məsələni siyasiləşdirməyə başladı. 

Sual yaranır: sən nəinki Azərbaycan mentalitetinə, ümumiyyətlə dünyada mövcud olan əxlaq dəyərlərinə zidd şəkildə “işini bişir”, sonra da “məqsəd siyasi fəaliyyətimin hədəfə alınmasıdır” açıqlamasını ver. 

Burada deyirlər, “dayı, bir dəqiqə dayan, sən nə danışırsan?!”.

Əslində nə danışdıqları açıqdır...

Video yayılanda Cəmil Həsənli bunu təkzib etmədi və qızının etdiklərinə haqq qazandırdı. İddia etdi ki, hər şey onun siyasi fəaliyyəti ilə bağlıdır. 

Bir atanın qızının qrup seksi ilə məşğul olmasıdamı siyasi fəaliyyətin bir parçasıdır? 

Yaxud da ölkəni idarə etməyə iddialı olan, seçkilərdə prezidentliyə namizəd göstərilən bir şəxsin qrup seksinə haqq qazandırması qəbul olunandırmı? 

Əslində cəmiyyətdə belə bir fikir var idi ki, yayılan görüntülər real deyil, insanlar buna inanmaq istəyirdilər. Amma Cəmil Həsənli ilk açıqlamasında etiraf etdi və qızının əməlinə haqq qazandırmağa çalışdı.

Ardınca prosesin qəhrəmanı, Cəmil müəllimin qızı Günel Həsənli bir qədər də irəli gedərək, qaş düzəltmək istədiyi yerdə vurub göz çıxartdı. Etiraf etdi ki, videodakı partnyoru ilə münasibəti olub və bu, onun şəxsi həyatına müdaxilədir. Və atası kimi məsələnin mahiyyətini gizlətmək üçün siyasiləşdirməyə cəhd edir.

Videogörüntüləri və Günel Həsənlinin açıqlamasını analiz edəndə isə gerçəklik ortaya çıxır.

Görüntülərdə açıq şəkildə məlum olur ki, yaşananlar səmimi münasibətdir və partnyorlar heç də “dərman” qəbul edənə bənzəmir. 

Videogörüntülərdən birində isə partnyoru səmimi şəkildə Güneldən soruşur ki, “sən mənim nəyimsən?”. Və sonra cavabını da elə özü  verir...

Günel Həsənli isə cəmiyyəti inandırmaq istəyir ki, videodakı partnyoru Mahir adlı şəxslə hətta ailə qurmaq istəyiblər...

Mahir Günelə qızıl üzük bağışlayıb, dəfələrlə restoranda görüşüblər. 8 mart münasibətilə hədiyyə alması üçün Mahir ona pul verib və bu “sevgi”nin ən azı 2-3 aylıq keçmişi var. Bir-birilərini ailə üzvləri ilə tanış etmələri də münasibətin hansı səviyyədə olduğunu təsdiqləyir.

Günel Həsənlinin açıqlamasındakı ən mühüm detal isə ev məsələsidir. Günel deyir ki, “Mahirlə son bir neçə həftə ərzində görüşdüyümüz mənzilə getdim”.

Bu o deməkdir ki, Mahir və Günel videonun çəkildiyi mənzildə ilk dəfə olmayıblar və etiraf edildiyi kimi, bir neçə həftə həmin mənzildə görüşüblər. 

Videogörüntülərdən yola çıxsaq, həmin mənzildə yaşananların əvvəllər də təkrar olunduğunu deyə bilərik. Deməli, birinci dəfə deyilmiş və bu, “dərman” bəhanəsini də sıradan çıxarır.

Digər mühüm məqam isə Günel Həsənli başına gətirilən bu “faciə”də Mahir adlı şəxsi günahlandırmasına baxmayaraq, onunla bağlı hüquq-mühafizə orqanlarına şikayət etməməsidir. Axı şikayət edilərsə, bu görüntülər Mahir adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər əsas yaradır. 

Bütün bu məqamlar məqsədin fərqli olduğunu, arxa planda məsələnin siyasiləşdirilməsi hədəfinin mövcudluğunu bir daha göstərir...

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın