Fuad Muradov Ata Abdullayevin həbsinə haqq qazandırdı: "söyüş ritorikası ilə iyrənc siyasi çəkişmə mühiti yaradırdı"

14, 03, 21
15:35

Fuad Muradov Ata Abdullayevin həbsinə haqq qazandırdı: "söyüş ritorikası ilə iyrənc siyasi çəkişmə mühiti yaradırdı"


Milli Fədailər hərəkatının sədri Fuad Muradov facəbook hesabında paylaşım edərək Ata Abdullayevin həbsinə haqq qazandırıb. Hətta Fuad Muradov təxminən bir il öncə Ata Abdullayevlə bağlı ölkə başçısınada muraciət etdiyini də bildirib. Azerbaycanrealligi.com Fuad Muradovun sözü gedən paylaşımın oxucuların diqqətinə çatdırır

Bir çox dostlar məndən fikir öyrənmək istəyir və mövqeyimizi bilmək istəyirdi. Biz öz mövqeyimizi illər öncə ortaya qoymuşduq və rəsmi şəkildə müraciət etmişdik.
Fuad Muradov Ruslan Əmirlini oğurladığını etiraf edir - YouTube
Fuad Muradov

Milli Fədailər Hərakatı adından müraciət:

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət edirik:

Cənab Prezident, bu sizinlə görüşüb şəklini yayan şəxs - Ata Abdullayev sosial mediada, qadınların-uşaqların rahat izləyə bildiyi yerdə əxlaqsız küçə söyüşləri söyərək, sizi, hakimiyyəti müdafiə etdiyini iddia edir. Ona arxa duranlar, hər cür dəstək göstərənlər Sizə və YAP-a çox mənfi imic qazandırır. Söyüş ritorikası ilə iyrənc siyasi çəkişmə mühiti yaradır. Ən dəhşətlisi odur ki, sizə müxalifətdə olduğunu deyən şəxsləri söyməklə, sizi və ailənizi hədəfə gətirir. Hansıki, öz ideyalarında sizə müxalif olduqlarını düşünürlər, lakin, onların müxalifliyi, düşmənlərimizin ən sonuncu partiyasına bərabərdir.
Ata Abdullayev saxlanıldı
Ata Abdullayev

Sizdən rica edirik, ictimaiyyət arasında hakimiyyət nümayəndələri tərəfindən himayə olunduğu və maliyyələşdirildiyi söhbətləri gəzən bu şəxsin, əxlaqsız ifadə və hərəkətlərinə son qoyulması üçün addım atasınız!

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın