Əli Kərimlinin nakam qərb sevgisi Fizuli Bədirov yazır...

08, 03, 21
14:00

Əli Kərimlinin nakam qərb sevgisi Fizuli Bədirov yazır...


Hazırda bölgəmiz geopolitik məngənədə sıxılır. Cənubi qafqaz regionu sözün əsil mənasında çalxalanır. Ermənistan böyük vətən savaşında , uğradığı həlledici məğlubiyyət ölkə iqtisadiyyatını və daxili siyasi sitiuasiyanı gərgin atmosferə daşıdı.Ölkə daxilində, xalq arasında Paşinyan hakimiyyətinə olan güvənin sarsılması iqtidarda siyasi böhran yaratdı və nəticədə hakimiyyətə müxalif olan düşərgənin mövqeylərini xeyli gücləndirdi.Müxalif düşərgə yəqin ki, qısa zaman ərzində Paşinyan hakimiyyətinin sonuna çıxacaq. Əgər belə getsə Paşinyanı ən yaxşı halda ölkəni tərk edib getmək xilas edə bilər. Bölgənin digər ölkəsi olan Gürcüstanda da siyasi və hakimiyyət böhranı başlayıb. Belə getsə ölkədə vətəndaş qarşıdurması qacılmazdır. Qafqazın qalib ölkəsi olan, torpaqlarını qısa zaman ərzində işğaldan azad edən, həm iqtisadi həmdə ki, siyasi stabillik dövrün yaşayan Azərbaycanda qazanılmış bu uğurlar görünür bəzi xarici dairələri ciddi narahat etməyə bilməzdi. Ölkəmizə qarşı yönəlmiş qorxunc təxribat əməllərinin rejissorları ölkə xaricində olsada, çox təsüf olsun ki, aktiyorları isə ölkəmizin daxilində olan vətəndaşımızdır.Ölkənin ana müxalifətinin lideri Əli Kərimli ,,Azad söz"-ə verdiyi müsahibəsində bir neçə suala cavab verməyə çalışdı. AXCP sədiri ölkədə sivil ehtiraz formasının qadağan olunduğunu bildirib:

Fizuli Bədirov

indi siyasi dəyişikləri daha siyasi partiyalar etmir " deyir. Əli Kərimli bildiriki, qısa zaman ərzində Belarusiya iqtidarını qərb devirəcək və demokratiya bərpa olacaq, amma demokratiyadan danışan Əli Kərimli qonşularımızda baş verən siyasi və hakimiyyət böhranından bir cümlə belə danışmır.Bilirsiz Kərimli niyə qonşu dövlətlərin adını çəkmir? Ona görə ki, onun xarici sponsorları və daxildən dəstəkləyən rüşvət maşını ona hansı mövzuda danışacağını, hansı hədəfləri vuracağını əvvəlcədən ona bildirirlər. Deməli xarici və daxili sponsorlar istənilən vaxtda Kərimliyə qalx komandası verə bilərlər. Kərimli hələki mitinqlərə ehtiyac olmadığını bildirir, amma mitinqlərin olacağını istisna etmir və deyir: əgər ölkə hakimiyyəti cəbhə bölgəsində qulluq edən zabitlərin maaşların iki qatına çıxarmasa, qazi və şəhid ailələrinə verilən təqaüdlər qaldırılmasa biz mitinqlərə start verə bilərik. Kərimli iqtisadi paketə lazım olan vəsaitin yerini çox marağlıdı büdcədə yox, məhz baş prokurorluğa və vergilər nazirliyinə tikiləcək yeni inzibati binalara ayrılmış vəsait hesabına həll etmək istəyir.

Əli Kərimli

Kərimli sokar şirkətində,icra başçıları və kömrük komitəsindən geniş danışır və xüsusi ilə qeyd edir ki, bu təşkilatlar dövlətə xeyli ziyan vurur. Kömrükdə idxal 22 faiz artdığı üçün ölkədə iqtisadi böhran yaradır, buda öz növbəsində xalqı mitinqlərə sövq edir: hökümət xalqa demək istəyir ki, çıxın mitinqlərə. Kərimli əslində bu sözləri xalqa yox, daxili sponsorlarının iqtidara olan şikayəti kimi nəzərə almaq olar. Bəs görəsən 2 ildi mitinqdən danışmayan Kərimli məhz indi Kərimlinin günahlandırdığı qurumlara qarşı iqtidarın apardığı mübarizə fonunda mitinqlərin xalqın şifarişi olduğunu bildirir. Deməli həm xarici, həmdə ki, daxili sponsorlar oyunu uduzacağından çox naratdılar. Bu həmişə  belə olub, amma inanın belə davam edə bilməz.

Azerbaycanrealligi.com

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0558288841 (Whatsapp)   

Bizimlə əlaqə saxlayın