Nikolun çevrilişi Qarabağ razılığını pozdu - Sensasiya

01, 07, 18
17:19

Nikolun çevrilişi Qarabağ razılığını pozdu - Sensasiya

Nikolun çevrilişi Qarabağ razılığını pozdu - Sensasiya


Çox təəssüf ki, Rusiya KİV-i qafqazfob və türkfob güclər tərəfindən idarə olunur. Onlar Qafqazı və Türk dünyasını bizdən ayırırlar. Müasir dövrdə millətlər arasında mədəni qarşıdurma müharibənin bir vasitəsidir. Ermənistanda hərbi çevriliş baş verib və bu çevriliş Dağlıq Qarabağla bağlı əldə olunmuş razılığın pozulmasına hesablanıb.
Axar.az APA-ya istinadən xəbər verir ki, bunu rusiyalı jurnalist, ictimai xadim Maksim Şevçenko Cocuq Mərcanlı kəndində rusiyalı və azərbaycanlı ekspert və deputatların iştirakı ilə "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda keçirilən konfransda bildirib.
M.Şevçenko Cənubi Qafqazın digər ölkəsi Gürcüstanda keçmiş prezident Mixail Saakaşvilinin yenidən hakimiyyətə qayıtması ehtimalına toxunub və bunu Rusiya və Azərbaycan üçün ciddi təhlükə kimi qiymətləndirib:
"Rusiyada Azərbaycan mədəniyyətini təbliğ etmək lazımdır. Nizami Gəncəvi, Azərbaycan incəsənəti haqqında təbliğat aparılmalıdır".

Bizimlə əlaqə saxlayın