Siyasi məhbus atası: "Mən inamıram ki, ölkə prezidenti bu halı müsbət qarşılaya".

29, 06, 18
17:59

Siyasi məhbus atası: "Mən inamıram ki, ölkə prezidenti bu halı müsbət qarşılaya".

Azerbaycanrealligi.com xəbər verir ki, bu gün narkotik ittihamı ilə həbs olunan AXCP Gənclər Komitəsinin Ali Məclisinin üzvü Orxan Baxışlının ailə üzvləri Musavat partiyasında mətbuat konfransı keçiriblər. Konfransı ilk çıxış sözü ilə Siyasi Məhbus Ailələrinin Koordinasiya Mərkəzinin üzvü Zəfər Əhmədov açıb. O, Orxan Baxışlının ona çox yaxın və əziz bir adam olduğunu qeyd edib. Orxanın heç vaxt narkotika ilə məşğul olmadığını və son zamanlarda bəzi tədbirlərdəki əksər çıxışlarının onun həbsinə səbəb olduğunu söyləyərək bildirmişdir ki, bu həbs hadisəsi onun siyasi fəaliyyətlə məşğul olması ilə bağlıdır. Odur ki, ona verilən ittiham da bir cəfəngiyatdır.

 Daha sonra söz Orxan Baxışlının anası Kəmalə Rəhimliyə verildi. O, Orxanın Bakı Şəhəri Baş Polis İdarəsinin mülki geyimli əməkdaşları tərəfindən metronun Elmlər Akademiyası stansiyasının yaxınlığında həbs olunduğunu bildirib dedi ki, hal-hazırda, onu Yasamal Rayon Polis İdarəsinə gətiriblər, orada saxlayırlar, ona qarşı narkotik ittihamı irəli sürülüb, guya üzərindən narkotika tapılıb. Orxan Vətəni və milləti sevən, namaz qılan bir gəncdir, dinə, Allaha bağlı olan biridir və heç siqaret belə çəkmir, pis vərdişlərdən uzaq biridir. O qeyd etdi ki: "Mən bir ana kimi deyə bilərəm ki, Orxan heç vaxt narkotika istifadə etməyib, onun bu işlə heç vaxt əlaqəsi olmayıb. Bir ana kimi onun azad olunmasını tələb edirəm, buna bir ölçü götürülsün və oğlum Orxan azad olsun".

Daha sonra söz Orxan Baxışlınn atası Rafiq Baxişova verildi. O, çıxışında söylədi: "Bu gün Orxanla bağlı konfransa yığışmışıq. Mən də bir ata kimi Orxan haqqında danışım. Orxanın bu gün narkotiklə ittiham olunması Azərbaycan gəncliyinə vurulan növbəti bir zərbədir. Mən inamıram ki, ölkə prezidenti bu halı müsbət qarşılaya. Burada bəzi məqamlar var ki, bu gün Orxan narkotiklə ittiham olunur, amma saxlanılan zaman onun cibindən cıxan pul 80 qəpik olub. Bu, Orxanın birinci yox, üçüncü həbsidir, 2014-cü ildə mitinqdə həbs olunmuşdu. O zaman polislər Azərbaycan bayrağını cıranda Orxan onlara etiraz etmişdi. Həmin vaxt Orxan məktəbli idi. Onun məhkəməsində mən bir valideyn kimi iştirak edirdim. Məhkəmədə təklif etdilər ki, Orxan "tutduğum əməldən peşmanam" desin və onu buraxaq, onsuz da bunun heç bir cəzası yoxdur. Mən də Orxana bunu məsləhət etdim. Daha sonra hakim gəldi və Orxanı ayağa qaldırdı. Orxan peşman olduğunu bildirsə də, amma hakimə qətiyyətlə cavab verdi ki, hörmətli hakim, mən bu əmələ görə peşman deyiləm, amma ona peşmanam ki, mənim polisim mənim dövlət bayrağımı gözümün qarşısında necə xaincəsinə cırdı. Həmin vaxt Orxanın 17 yaşı var idi. Bundan sonra Orxana təkcə bir valideyn kimi münasibətim dərinləşmədi, həm də içimdə ona qarşı əsil azərbaycanlı kimi, xalqını, Vətənini sevən bir gənc kimi hörmətim artdı, onun belə vətənpərvər kimi yetişib cücərməsini gördüm, öz qəlbimdə bir ata kimi ratlıq tapdım"
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlıya qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə(Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. Mayın 9-da Yasamal rayon Məhkəməsi fəalın barəsində dörd aylıq həbs qəti imkan tədbiri seçib. İttihamın sanksiyasına görə fəalı 10 ilədək həbs gözləyir.

Hüquq-müdafiəçiləri isə Orxan Baxışlının həbsinin onun siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirirlər və ittihamı qondarma elan edərək onu siyasi məhbus kimi hesabat siyahısına əlavə ediblər

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın