sitename

“Ermənistan anlaşmanı pozdu” – Azərbaycandan rəsmi açıqlama


Bu gün Azərbaycanda fəaliyyət göstərən hərbi attaşelər üçün mətbuat konfransı keçirilib.

Konfransda ilk çıxış edən şəxs general-mayor Elçin Zeynalov olub. O, Ermnistanın ölkəmizə təcavüzündən danışıb. E.Zeynalov bildirib ki, konfransda 15 ölkənin hərbi attaşesi, həmçinin, BMT, ATƏT kimi qurumların nümayəndələri iştirak edir.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxışında Ermənistanın raket və artilleriya atəşləri ilə münaqişədən aralı olan rayon və şəhərlərimizin atəşə tutulduğunu bildirib:

“Düşmən “Toçka-U” və “Smerç” tipli raketlərlə sivil şəxsləri nişan alır. Onlar bununla beynəlxalq hüququn normalarını pozurlar. Biz Ermənistanla humanitar atəşkəs bağlasaq da, Ermənistan dünən və bu gün mülki şəxslərimizə qarşı hərbi əməliyyatlar aparmaqla bu anlaşmanı pozdu. 

Mülki şəxslərə qarşı hücum Cenevrə Konvensiyasının pozulması deməkdir. Onların ölkənin ən böyük enerji obyekti olan Mingəçevirdəki “Azərbaycan” İES-i hədəfə alması bağışlanmazdır. Qarşı tərəf hələ də mülki şəxsləri nişan almaqda davam edir. Əsgərlər hərbçilərlə hərb meydanında üz-üzə gəlmək üçündür, mülki şəxsləri, uşaq və qadınları nişan almaq üçün deyil.

İnsanlarımıza qarşı edilən bu cür aktlar yerli əhalinin hisslərinə təsir edir. Beynəlxalq ictimaiyyət Ermənistanın bu addımını görməzdən gəlməməli və lazımi addımları atmalıdır”.

Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov da çıxışında Ermənistanın mülki şəxslərə qarşı bu addımının insanlığa yaraşmayan bir addım olduğunu bildirib.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

  • 17 sen, 16:30
  • 4 072
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

  • 14 sen, 10:00
  • 1 018
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO
Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN

Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN

  • 01 sen, 15:00
  • 1 809
Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN
Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"

Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"

  • 28 avq, 14:00
  • 2 016
Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar