Kərimlilər yenidən qarşı-qarşıya

22, 09, 20
14:12

Kərimlilər yenidən qarşı-qarşıya


Dünəndən bəzi media və ictimai dostlar, Əli Kərimlinin saxta protokol tərtib etməklə bağlı göstərişinin səs yazısına münasibətimi bilmək istəyir.

AXCP -nin illərdir hansı qaydalarala idarə edildiyi ictimai sektorda bilinir. Partiyadaxili demokratiya məsələsində YAP-la AXCP- nin fərqi odur ki, İlham Əliyev 17 ildir, Əli Kərimli isə 20 ildir sədrdir. Bu mövzunu ehtiyac duysam geniş ifadə edə bilərəm, təhlil edilmiş faktlarla...

Diqqətinizi hələlik bir məsələyə yönəldim, daşları yerinə qoyaq, siyasi səhnəyə amfiteatrdan baxaq.

Partiyadan çıxarılmağımla bağlı Şəkidə məsələyə baxılacağı, PA -nın şöbə müdirinin təlimatıyla gündəm yaradan medianın diliylə ifadə edilir. APA - ya nə vacibdir ki, hələ məsələyə baxılmamış onun anonsunu etsin? Bu, işbirliyi deyil? Yeri gəlmişkən, iclas oldu, və Şəki cəbhəçilərinin çoxu məni dəstəklədi və mən partiyada qaldım. Bununla bağlı yazdığım statusun linki şərh bölümündədir. Sonradan məlum səs yazısında olduğu kimi, verilmiş təlimatla elan etdilər ki, mən partiyadan çıxarılmışam. 

Demək istədiyim isə odur ki, partiyadaxili demokratiya, mənim çıxarılmam və s. məsələlərdən daha çox təhlükəli və zərərli məqamlar var. Xalqın ictimai mülkiyyəti olan Cəbhəçiliklə, PA -da geopolitik yönümü Rusiya olanları birləşdirən məqsədlər nələrdir? 

Əli Kərimlinin də mövqeyini dərc etməyə hazırıq.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın