Partiya sədrinin müavinindən sərt açıqlama "Tovuzda baş verən təxribatlara cavab olaraq Qazaxın işğal olunmuş 7 kəndi ermənilərdən azad olunmalıdır"

31, 07, 20
15:00

Partiya sədrinin müavinindən sərt açıqlama "Tovuzda baş verən təxribatlara cavab olaraq Qazaxın işğal olunmuş 7 kəndi ermənilərdən azad olunmalıdır"


Qazax rayonunun 30 ilə yaxındır erməni işğalı altında olan kəndləri var. Birinci Qarabağ savaşı zamanı Dağlıq Qarabağ və onun ətrafındakı rayonlarla yanaşı, Qazaxın 7 kəndi də ermənilər tərəfindən işğal olunub. İşğala məruz qalan kəndlərin 7 minə yaxın əhalisi bu gün respublikanın müxtəlif regionlarında yaşamaq məcburiyyəytindədir.

Azerbaycanrealligi.com xəbər verir ki, Ana Vətən Partiyasının sədr müavini, 1992-ci ildə Qazaxda könüllü olaraq orduya yazılmış Arzuman Abdulkərimov deyir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü təkcə Qarabağla məhdudlaşmır: “Qazaxın 7 kəndinin bu gün də işğalda olması Ermənistanın işğalçı dövlət olmasını bir daha təsdiqləyir. Bir neçə il öncə Fransada keçirilən konfaransda bu faktı qeyd etdim. Dedim ki, Ermənista Dağlıq Qarabağı və ətraf rayonları işğal altına alıb. Dünışanda da deyirlər ki, ətraf rayonlar bufer zona olaraq işğalda saxlanır, təhlükəsizlik məsələlərinə görə zəbt olunub. Belə bir halda Qarabağdan 200 kilometr aralıda yerləşən Qazax rayonunun 7 kəndinin işğalını necə əsaslandırırlar? Azərbaycan həmin 7 kəndi azad etməlidir. Bunun üçün hər hansı hüquqi maneə də yoxdur”.

Arzuman Əbdülkərimov deyir ki, Qazaxın kəndləri 1990-cı illərin əvvəlindən erməni işğalçılarının silahlı hücumlarına məruz qalırdı: “Qarabağ müharibəsinin ilk günlərindən çox əvvəl döyüşlərə hazırlıq görən Ermənistan silahlı birləşmələri Qazax rayonunun həmsərhəd kəndlərində yaşayan dinc əhalini mütəmadi atəşə tuturdu. Evləri yandırırdılar, mal-qaranı tələf edir və oğurlayırdılar. İşğal altında olan Qazaxın Bağanis Ayrım (24.03.1990), Xeyrımlı(08.03.1992), Aşağı Əskipara (14.06.1992), Barxudarlı (27.04.1992), Sofulu (27.04.1992), Qızılhacılı (11.05.1992) və Yuxarı Əskipara(08.06.1992) kəndləridir. Bağanis Ayrım kəndini ermənilər keçmiş sovet ordusunun hərbiçiləri ilə birgə 1990-cı ilin mart ayının 23-dən 24-ə keçən gecə hucum ediblər. Martın 24-ü səhər saatlarında isə kənd erməni-rus silahlıları tərəfindən işğal olunub. İşğal zamanı kəndin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməyən divan tutulub. 600 nəfər əhalisi və 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları, mal-qara ermənilər tərəfindən mənimsənilib. İşğal zamanı ermənilər kənddəki bir ailənin 39 günlük körpəsindən 79 yaşına qədər 5 üzvünü diri-diri yandırıb. Bağanis Ayrım kəndinin sakinləri rayonun müxtəlif yaşayış məntəqələrində məskunlaşıb”.

Arzuman Əbdülkərimov deyir ki, Xeyrimli Gəncə-Qazax düzənliyindədir: “1990-cı ilin martından 1992-ci illin martına qədər kiçik miqyaslı atışmalar olsa da, işğal baş vermədi. Lakin 1992-ci ilin martın 8-də Xeyrimli, aprelin 27-də Barxudarlı və Sofulu, iyunun 8-də Yuxarı Əskipara, həmin ayın 11-də Qızıl Hacılı, 14-də isə Aşağı Əskipara kəndləri ermənilər tərəfindən işğal edildi. Yerli əhali doğma evlərini tərk etməli olub. Barxudarlı və Sofulu kəndlərinə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-dən başlayıb və 4 gün davam edib. Döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq düşmənə qarşı bir nəfər kimi əliyalın da olsa döyüşüblər. Əhalinin əliyalın olması isə təsadüfi deyil. 1990-cı ildə sərhədyanı zonada sovet hakimiyyəti əhalidən odlu silahları yığıb və faktiki olaraq düşmən qarşısında onları əliyalın qoyub. Həmin günlərdə Qazax hüquq mühafizə orqanlaırnda cəmi 7 avtomat silah olub. Qazax rayonundan köməyə gələn olmasın deyə, bura gələn dəmiryolu xətti də ermənilər tərəfindən partladılıb. Sofulu və Barxudarlı yalnız 4 gün mühasirədə saxlanıldıqdan sonra, aprelin 27-də işğal edilib. Ağır döyüşlərdə 7 nəfər kənd sakini şəhid olub, 3 nəfəri isə ağır yaralanıb. Barxudarlı və Sofuludakı 230 evin hamısı talan edilərək yandırılıb”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın