Millət Vəkili Qənirə Paşayeva, Baş Bayraqdar Elman Türkoğlunu "qara siyahıya" saldı: "Ay güvəndiyim dağlar, sənə də qar yağarmış."

11, 07, 20
13:29

Millət Vəkili Qənirə Paşayeva, Baş Bayraqdar Elman Türkoğlunu "qara siyahıya" saldı: "Ay güvəndiyim dağlar, sənə də qar yağarmış."


Böyük məhrumiyyətlərə məruz qalaraq, Azərbaycan bayrağını öz çiyinləri üzərinə qaldıran, Azərbaycanın müstəqil ölkə olmasinı dünyaya ilk bəyan edən Bayraqdar Elman Türkoglu, millət vəkili Qənirə Paşayeva haqqında özünün facebook hesabında deputatdan gileyli paylaşım edib. Azerbaycanrealligi.com olaraq sözü gedən yazını oxucularımızın diqqətinə çatdırırıq...

Çox hörmət etdiyim Millət Vəkili Qənirə Paşayevaya zəng etdim, telefonuma cavab vermedi. Bir günden sonra Qənirə xanımın köməkçisi Xanım mənə zəng edib soruşdu ki, "Dünən Qənirə xanıma zeng etmisiniz, adınızı deyin bilək görək Qənirə xanıma kim zəng edib."

Cavab verdim ki, "Xanım, Qənirə xanıma zəng edən Azərbaycanın ve Türk Dünyasının Baş Bayraqdarı Elman Türkoğludur."

Xanım birdə soruşdu: - Qənirə xanıma zəng etməkdə məqsədiniz nə idi?

Cavab verdim: - Qənirə xanıma deyin ki, Baş Bayraqdar sizinlə görüşmək istəyir. 

Xanım bir daha soruşdu: - Hansı məsələlərə görə Qənirə xanımla görüşmək istəyirsiniz? 

Cavab verdim ki, "şəxsi məsələdir". 

Xanım, bir daha soruşdu: - Hansı şəxsi məsələlərə görə Xanımla görüşmək istəyirsiniz? 


Cavab verdim: - Xanım, şəxsi məsələ şəxsi danışılır və Qənirə xanımla təkbətək görüşmək istəyirəm. Məsələmi də özünə söyləyəcəm. Əgər mümkündürsə, Qənirə xanıma deyin ki, Baş Bayraqdar Elman Türkoğlu sizinlə görüşmək istəyir.

"Oldu" deyib, telefona adboy verdi...
İmkan da  vermədi ki, söylədiyim sözü bitirim.

İki gün gözlədim, Qənirə xanımın köməkçisindən bir xeber çıxmadı.

İki gündən sonra Qənirə xanımın köməkçisinə zəng etdim ki, xatırlatma edim. Amma o, telefona cavab vermədi. İkinci zəngimdən sonra mənim telefon nömrəmi blok elədi.

Gördüm köməkçi mənim nömrəmi blok elədi, qərara gəldim ki, yenə Qənirə xanımın öz mobil nömrəsinə zəng edim. Zəng etdim, lakin telefon üç dəfə çağırandan sonra Qənirə xanım da zəngimə zanit verdi. Mən sevindim ki, Qənirə xanım özü mənə zəng edəcək. Lakin, gözləsəm də, zəng gəlmədi. Dedim ola bilər əlində işi olduğu üçün mənim telefon zəngimə cavab verə bilmir. Üstündən bir-iki saat keçəndən sonra yenə Qənirə xanıma zəng etdim. Təəssüflər olsun ki, mən özümü aldadırmışam, o da, köməkçisi kimi mənim nömrəmi blok etmişdi...

ALLAH telefon çıxardana R Ə H M Ə T, bloku çıxardana L E N E T  elesin! 

Üstünden üç aydır keçib, hələ də mənim telefon nömrəmi qara siyahılarında saxlayıblar.

"Ay güvəndiyim dağlar, sənə də qar yağarmış."

Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın