yuxarı
DİM imtahanların düzgün cavablarını AÇIQLADI
21, 04, 25
13:30
DİM imtahanların düzgün cavablarını AÇIQLADI
Aprelin 20-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
2025-ci il aprelin 20-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 5 həftə ərzində elan olunması nəzərdə tutulur.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək