AĞ Partiya başqanı Tural Abbaslı Ərdoğanı təbrik etdi

25, 06, 18
19:22

AĞ Partiya başqanı Tural Abbaslı Ərdoğanı təbrik etdi

AĞ Partiya başqanı Tural Abbaslı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və Ədalət və İnkişaf Partiyasına (AKP) Türkiyədə keçirilən seçkilər münasibətilə təbrik məktubu ünvanlayıb.


AĞ Partiya başqanı Tural Abbaslı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və Ədalət və İnkişaf Partiyasına (AKP) Türkiyədə keçirilən seçkilər münasibətilə təbrik məktubu ünvanlayıb.
Tural Abbaslı təbrikdə prezident Rəcəb Tayyib Ərdoğanı və Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasından təşkil olunan Cumhur İttifaqını seçkilərdə əldə etdikləri qələbə münasibətilə təbrik edib. 

O, əldə olunan qələbənin istər Türkiyə dövləti, istərsə də türk milləti üçün ən doğru seçim olduğunu, bu qələbənin bundan sonra da Türkiyəni yüksəklərə daşıyacağına inandığını bildirib. 
Türkiyənin daim Azərbaycanın yanında olduğunu vurğulayan Tural Abbaslı, Türkiyənin bölgədə güclənməsinin Azərbaycan üçün də müsbət nəticələr verəcəyini deyib.
Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlməsindən sonra Türkiyənin müsbətə doğru sayila bilməyəcək qədər çox nailiyyətlə əldə etdiyini deyən partiya sədri bu sekçilərin yeni konstitusiyanın tam işlək vəziyyətə gəlməsi baxımından Türkiyənin siyasi tarixində bir dönüm nöqtəsi olduğunu deyib

Bizimlə əlaqə saxlayın