Əbülfəz Elçibəyin qardaşı oğlu: Boş-boş brifinq keçirib millətə nağıl danışmaq çözüm yolu deyil. Əhalini maddi və mənəvi qidalandırmaq lazımdır!

02, 04, 20
13:52

Əbülfəz Elçibəyin qardaşı oğlu: Boş-boş brifinq keçirib millətə nağıl danışmaq çözüm yolu deyil. Əhalini maddi və mənəvi qidalandırmaq lazımdır!


Bəyaz Hərəkatının başqanı, Azərbaycanın eks prezidenti Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev dünyada tuğyan edən və həmçinin ölkəmizdə də xüsusi karantin rejimi elan olunan koronavirus epidemiyası ilə bağlı özünün facebook hesabında münasibət bildirib. Azərbaycanreallığı.com olaraq Hürrü Əliyevin sözü gedən paylaşımını sizə təqdim edirik.

Boş boş brifinq keçirdib millətə nağıl danışmaq çözüm yolu deyil. Əhalini ciddi şəkildə maddi və mənəvi qidalandırmaq lazımdır.

Xalqın özündən və ölkəsindən 25 ildə qazanılanlar bu gün onun ağır günündə özünə xərclənilməlidir istər büdcədən, istər yatırımlarınızdan. Bu qədər sadə!  

Ağlınınız müxalifətin beş on minlik etiraz məsələlərinə getməsin.

Bu gün narazı kütlə sahab qəzəbli kütləyə çevirilsə virus, qrip, polis daxili qoşunlar tanımaycaq bütün ordunuzu töksəniz bu millətin qəzəbinin qarşısın ala bilmərsiniz.

Bu gün millət dövləti dinləyir bütün tələblərə rəayət edir və evinə qapanır.

Bu gün İqtidara düşəndə onun durumuna anlayış göstərib ac əhalinin evindəki hüzurunu və rahatllğını təmin etməkdir.

Hələ heçnə yoxdur ölkədə masqa və spirt yoxdur hələ təlaşa düşmüş səhiyyəmizi demirik.

Sabah durum daha ciddi olsa nə edəcəksiz?

İnsalara maddi yardım etmək əvəzinə ona hədə qorxu gəlib, təlaş (panika) içində saxlamaq, cərmələyib cəzalandırmaq çıxış yolu deyil.

Dövlət məhs xalqın və ölkənin ağır durumlarında dövlətçiliyin təsdiq etməlidir.

Unutmayın ki, dövlətin bütün varlığı, Mllətə söykənir ona aid və ona məxsusdur.

Azərbaycanreallığı.com 

Bizimlə əlaqə saxlayın