Elman Nigaran yazdı: “Rövnəq Abdullayevin Diqqətinə - Mübariz Mənsimov sizdən fərqli olaraq milyonların sevimlisidir”

24, 03, 20
18:46

Elman Nigaran yazdı: “Rövnəq Abdullayevin Diqqətinə - Mübariz Mənsimov sizdən fərqli olaraq milyonların sevimlisidir”

Azərbaycanlı iş adamı, Türkiyədə “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov haqqında böhtan, iftira, şayələr yaymaqda “qəhrəmanlıq” göstərən qurup peyda olub.

Hətta fürsətdən istifadə edən bu “qəhrəmanlar” dezinformasiya yaymaqla sosial şəbəkə izləyicilərin diqqətini cəlb etməkdə maraqlıdır. Bütün dünyanın diqqətini cəlb edən “Palmali Şirkətlər Qrupu” nun prezidenti Mübariz Mənsimov, Türkiyədə, Rusiyada və digər ölkələrdə iş adamı kimi tanınmaqla, bir növ biznesimenlər siyhısında hallandı. Əlbətdə ki, iş adamının maliyyə imkanlarının yüksək səviyyədə olduğu heç kimə sir deyil. Ölkəmizi layiqincə təmsil edən Mübariz Mənsimov, qardaş Türkiyədə kifayət qədər tələbələrin təhsil haqqını ödəməklə, Azərbaycanda da imkansız şəxsləri untmadı. Onu da nəzərinizə çatdıraq ki, bütün qeyd edilən faktlar cəmiyyətimiz üçün heç də yad deyil. Təbii ki, Mübariz  Mənsimov kimi sahibkarlar ölkəyə cəlb edilməli və digər təkliflər irəli sürülməli idi. Şübhəsiz ki, gözlənilmədən iş adamının həbsi bizləri olduqca təəcübləndirdi. Ümüd edirik ki, Türkiyə dövləti öz prinsiplərini nəzərə alıb, hüquqi dövlət olduğunu, sübüt edəcək (istintaq ədaləti aparılacaq, böhtranlar və iftiralar ifşa ediləcək). Amma belə bir şəxsin həbsi nəinki ölkəmizi, dünyada yaşayan Azərbaycanlıları bərk sarsıtdı. Lakin “Palmali Şirkətlər Qrupu” nun prezidenti Mübariz Mənsimovun həbs xəbəri ölkəmizdə də bir mənalı qarşılanmadı. Ən təəcüblüsü isə iş adamının həbsdə olğu zaman bəzi media orqanlarınin məntiqsiz və yalan məqalələr tirajladı.


Mübariz Mənsimovun Rövnəq Abdullayevdən fərqi


Dövlətimiz üçün önəmli bir simalardan olan Mübariz Mənsimov ölkə vətəndaşlarını işlə təmin olunmasında da lazımı xidmətləri qeyd edilib.

İş adamı Azərbaycan vətəndaşları üçün 300 yerə vakansiya elan edib. Dosye.org  sözügedən statusu təqdim edir

“Dəyərli dostlarım, bacılarım vэ qardaşlarım. Mənə hər zaman müraciət edirsiz. Hamısını tək-tək oxuyuram. Sizin ürək sızladan mesajlarınızı oxuyub, kömək edə bildiyim qədər yardım da etməyə çalışıram. İşsizlikdən, ailələrinizə baxa bilmədiyinizdən gileylənirsiniz. Bura gəmiçi şirkətidir. Mənim də sizə təklif edə biləcəyim işlər sırf bu sahəyə uyğundur. Ona görə də, şirkətdə bir araya gəlib yeni vakant yerlər açdıq. Gəmilərimizə əlavə 300 işçi götürəcəyik. Bu arada onu da sevinərək və qürurlanaraq deyim ki, gəmilərimizdə çalışan işçilərimizin 60 faizi həmvətənlərim, Azərbaycan vətəndaşlarıdır. Amma bu işdə siz də bizə kömək etməlisiniz. Dənizçilik sənəti olmayan, amma bizdə işləmək istəyən dostlar, Bakıda artıq uzun zamandır anlaşdığımız və çalışdığımız iş ortağımız var: İlham Nəsirov [email protected] (+994 55 226 48 99), O, sizə düzgün istiqamət verəcək. Dənizçilik kurslarına yönləndirəcək və siz də oranı bitirdikdən sonra bizim gəmilərdə işə götürüləcəksiniz. Maaşlarımız ailənizi saxlaya biləcək maaşlardır. Bizdən ofis işi gözləməyin, bu bir dənizçi şirkətidir. Bizim pulumuz dənizdən çıxır. Biz bəzi məmurlar kimi haram yolla pul qazanmır, dövlətin cibinə girmirik, xaricə pul qaçırtmırıq. Biz əziyyətlə, halallıqla qazanırıq və qazandığımızı yenə xalqımızın yolunda xərcləməkdən qürur duyuruq. Kaş ki, xaricdə yaşayan digər azərbaycanlı iş adamlarımız da öz həmvətənlərimizə kömək olaydılar.

Bizim dövlət güclü dövlətdir. Güclü dövlət qalması üçün birlikdə çalışmalı, insanımızın da güclü, savadlı, sağlam olmasına nail olmalıyıq”.

Azərbaycanlı iş adamına qarşı qara kampaniya aparan quvvələr tək ölkə xaricində deyil, məhz ölkəmizdə də bu işdə canfəşanlıq edən məmurlar az deyil. Reallıq ondan ibarətdir ki, həmən məmurlar işlədiyi dövürdən dövlətin vəsaitlərini talan edib, şəxsi hesablarını artırıblar. Pərdə arxasında gizlənən “maskalı” məmurlar qarayaxma işlərdə medianın fəaliyyətindən daha çox  yaralanır.  Bəzi saytların sosial şəbəkədə yayımladıqları “Türkiyə mətbuatı Mübariz Mənsimovun erməni iş adamı ilə əlaqələrini ifşa etdi” başlıqlı məqalə hansı məqsədlə dərc edildiyi məlumdur. Əvvəla, Türkiyə mətbuatına istinadla dərc edən “Report.az”, “Musavat.com” saytları hardan və necə idarə olunduğunu sadalamağa ehtiyac yoxdur. Məlum məsələdir ki, “Report.az” saytı ölkədə yuxarı dairələr hesabına qısa müddət ərzində  reytinq qazandı. Bir sözlə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və eyni zaman AFFA prezidenti Rövnəq Abdullayevin maliyyə dəstəyi hesabına ayağda durmağı bacardı. Gözlənilən idi ki, Mübariz Mənsimova ən ağır zərbə məhz Rövnəq Abdullayev tərəfindən gələcək. Xeyriyəçiliyi ilə ölkəmizdə böyük imic qazanan M. Mənsimov əlehinə məqalələr təpki ilə qarşılandı. Fakt ondan ibarətdir ki, “Türkiyə mətbuatı Mübariz Mənsimovun erməni iş adamı ilə əlaqələrini ifşa etdi” başlıqlı məqalə, “musavat.com” saytında da yayımlandı. Və ictimayətin təhqiri ilə qarşılaşan “musavat.com” saytın baş redaktoru Rauf Arifoğlu dərhal məsələyə münasibət bildirdi. 
Картинки по запросу "ELMAN NİGARAN"
Əvvəla, bir məqalə digər sayta istinadla yayımlanırsa məsüliyyəti yayımlayan sayt daşıyır. Rauf Arifoğlunun nəzərinə çatdırım ki, “Report.az” saytını izləyən oxucular birmənalı olaraq saytın fəaliyyətini şübhə altına alır. Adı hallanan saytın məramı və qarşıda duran vacib məsələ Azərbaycanlı iş adamı, Türkiyədə “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovu nüfüzdən salmaq, ona qarşı ən iyrənc kampaniya aparmaq durur. Diqqət üçün bildirək ki, iş adamı Mübariz Mənsimovla, SOCAR prezidenti Rövnəq Abdullayevlə müqayisə etmək gülündür. Sual yaranır. Koronavirusla Mübarizəyə Dəstək Fondu R. Abdullayevə aid deyilmi? İnanın, əgər Mübariz bəy azadlıqda olsaydı ən-ənəsinə sadiq qalıb xalqımıza dəstəyini göstərəcəkdi.  Xalqına, vətəninə bağlı bir şəxsin, erməni kilsəsinə qaz verən məmurla muqayisə etmək nə dərəcədə düzgündür? Bütün qeyd edilən əsaslı iddiaları siz daha dərindən məlumatlı olduğunuz üçün cəmiyyətimiz tərəfindən hədəf seçildiniz. Məlum məsələdir ki, “musavat.com” saytı ən çox izləyici əldə edən informasiya agentliyidir. Sizin üzün illər “musavat.com” saytına rəhbərlik etdiyinizi nəzərə alıb, eyni zamanda peşəkar jurnalist kimi atdığınız addım hər bir Mübariz sevənləri qıcıqlandırdı. Həqiqət ondan ibarətdir ki, Mübariz Mənsimov iş adamıdır və dünyanın bütün istiqamətlərində biznes şəbəkəsini genişləndirə bilər. Qəbahət xalqın malına, mülkünə göz dikməkdir, milyonlarla vətəndaşların ahı ilə yaşamaqdır. Düşmən ölkənin yaramazlarından istifadə edib, xalqın sevimlisinin üzərinə getmək haqsızlıqdır, düşmənçilikdir. Bunu özlərinə rəva görənlər bir gün xalqın qəzəbi ilə qarşılaşacaqlar.

Elman Nigaran 

Azerbaycanrealligi.com




Bizimlə əlaqə saxlayın