Laçınlı gənc siyasi fəaldan Siyavuş Novruzova cavab: Səy-səy danışmaqdansa, lazımı tapıb gətirməklə məşğul olun!

15, 03, 20
12:54

Laçınlı gənc siyasi fəaldan Siyavuş Novruzova cavab: Səy-səy danışmaqdansa, lazımı tapıb gətirməklə məşğul olun!


Azerbaycanrealligi.com xəbər verir ki, Əli Kərimlinin başçılıq etdiyi AXCP-nin keçmiş fəalı, daha sonra Razi Nurullayevin AXCP-sinin əsas təşkilatçısı və qurucusu olaraq böyük təşkilatçılıq qabiliyyəti ilə gündəmdə olan, lakin, 2016-cı ildən bütün təşkilatlardan uzaqlaşaraq siyasi proseslərdə iştirakını dayandırmış ictimai fəal, politoloq Cavid Musazadə, Milli Məclisin Deputati Siyavuş Novruzovun Qarabag köçkünləri haqqda dediyi fikirlərə cavab verib. Sözü gedən yazını olduğu kimi oxcularmıza təqdim edirik:

Mənim 92-ci ildə köçkün düşən zaman 9 yaşım var idi. Laçın rayonunun Qoşasu kəndində yaşayırdıq. Kənddə 2 evimiz var idi, ikisidə 2 mərtəbəli idi. Hər bir şəraitlə təhciz edilmiş, gözəl memarlıq üslubu ilə inşa edilmiş evlər. Evlərin ölçüləri, yəni, böyüklüyü isə oralarda necə olurdu söyləməyə gərək yoxdur, görənlər bilir. Amma deyəcəm: 15-in 12-yə, 18-in 25-ə və s. Evlər isə təbii qaya daşlarından aminalla partladılıb toplanan, tərkib baxımından ekoloji təmiz daşlar idi ki, bu da, Bakıda yoxdur və çarx daşı ilə tikilən spiçka karopkası evləriniz o daşların təmizliyini, quruluğunu, havalılığını, heç bir zaman verə bilməz. Kənddə evlərimizdə ev telefonu var idi. Hansı ki, Bakıya köçəndə telefon tapıb qohumlarla əlaqə saxlamaq üçün qapılarda növbələrdə qalırdıq. Bakıda mərkəzdən başqa heç bir yerdə telefon yox idi həmən vaxt. Qaz təhcizatı balonla olsa da gözəl hamam şəraiti var idi. Bakıda isə su gəlmirdi. Çimmək problemi ilə üz-üzə qalıb tutmadıqları xəstəlik qalmırdı adamların. Böyük həyət, meşə kimi bağ-bağça var idi ki, Bakıda buna hər kəs həsrətdır. Hər kəsin qapısında meyvə bağları eyni zamanda dağlardakı meşələrdə hansı azuqəni istəsən tapa bilərdin.

Gəldik Bakıya, uzun zaman aclıqla üzləşdik. Çörək növbələrində, talon növbələrində gecə səhərə qədər, insanlar az qala bir-birin yeyib qarınların doydururdu. Biz ucqar bir kənddən belə gözəl şəraitdən gəldik Bakıya.

İndi rusiya dövlətinə xidmətlərinə görə medallı Siyavuş deyir ki, dövlət ev verib. Orada belə şəraitləri yox idi. Əvvəla dövlət verdiyi o evdən payıma düşəni, heç 7 ildir müraciət etsəmdə ala bilmirəm. Sənin hakimiyyətinin işi bundan ibarətdir. Əks fikirli adamları düşmən görür ayırır, məhrumiyyətlər yaşadır.

İkincisi də Siyavuş kimilər, özləri ev görməmişidilər. Naxçıvanda tövlələrdə böyüyüb, Heydər Əliyevin hesabına Bakıya gəlib, vəzifə tutub, dövlətin, xalqın boğazına çörəklənib, talayıb, özlərinə saraylar tikib, yaşayıb, yəni, gördüklərini indi görüb, özlərinin təbirincə fikirlər söyləyirlər.

O ki qaldı inkişafa, o torpaqlar qalsaydı oraların inkişafı buralarınkından yüz qat ötə olardı. Yəni, bunu da kimsə mübahisələndirməyə cəhd eləməsin!

Oki qaldı neftin puluna, o konstitusiya ilə müəyyən edilib. Xalqın malıdır. Heç kim dədəsinin malından əta etmir.

Səy-səy danışmaqdansa, lazımı tapıb gətirməklə məşğul olun! Köçkünlərə Bakıda ev gərək deyil, öz ata-baba yurdu olan torpaqlarında gərəkdir! Onu təmin etmək qüdrətinə malik hakimiyyət, başçı gərəkdir!

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın