Elçibəyin qardaşı oğlu Hürrü Əliyevin Yasamal seçiciləri ilə görüşündə izdiham yaşandı - FOTOLAR

03, 02, 20
11:32

Elçibəyin qardaşı oğlu Hürrü Əliyevin Yasamal seçiciləri ilə görüşündə izdiham yaşandı - FOTOLAR


Azerbaycanrealligi.com xəbər verir ki, 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd, Bəyaz Hərəkat başqanı Hürrü Əliyev seçiciləri ilə görüşüb. Görüş zamanı yüzlərlə seçici izdiham yaradıb.

Çıxış edən H. Əliyev məhəlli və ölkə problemlərindən danışıb, onların həll yollarını dilə gətirib: "Bizim yolumuz bütövlük yoludur. Biz təkcə bir dairənin yox, bütün Azərbaycanın milli məsələlərini düşünürük. Biz istəyirik ki, ölkəmiz daha da gözəl olsun, insanımız daha da yaxşı yaşasın".

Seçicilər də çıxış ediblər. Bildiriblər ki, seçki günü mütləq seçkidə iştirak edəcəklər və məhz Hürrü Əliyevə səs verəcəklər.









Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın