Bəyaz Hərəkat Türk Dünyasının Birliyi yolunda daha bir mühüm addım atdı

07, 11, 19
17:05

Bəyaz Hərəkat Türk Dünyasının Birliyi yolunda daha bir mühüm addım atdı

Bəyaz Hərəkat Türk Dünyasının Birliyi yolunda daha bir mühüm addım atdı.

Məlumdur ki,  Bəyaz Hərəkat 2 ilə yaxındır ki, Bütöv Azərbaycan və Türk Dünyasının Birliyi yolunda fəaliyyət göstərir. Son 1 il ərzində sürətlə təşkilatlanaraq  Azərbaycanda, qardaş Türkiyədə, həmçinin Fransa, İsveç,  Almaniya, Böyük Britaniya və Kərkükdə yaradılmış təmsilçiliklər ilə əmin addımlar ataraq fəaliyyətini genişləndirməkdədir. Bu fəaliyyətin davamı olaraq Bəyaz Hərəkat Türk Dünyasının Birliyi yolunda daha bir mühüm addım atdı.

Belə ki, Bəyaz Hərəkat başqanı sayın Hürrü Əliyevin təqdimatı ilə Ali Özoğlu Bəyaz Hərəkat idarə heyətinə üzv seçilmişdir. Daha bir sərəncam ilə sayın Ali Özoğlu Bəyaz Hərəkatın Türk Dünyası üzrə başqan yardımçısı təyin edilmişdir.  

Qeyd edək ki, sayğıdəyər Ali bəy Özoğlu  bir Vətən fədaisi, Atatürk əskəri, milli düşüncə, ideya və  fikir adamı, Turan sevdalısıdır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın