Tanınmış jurnalist Sərdar Əlibəyli KXCP partiyasına üzv olub, yaxın zamanlarda vəzifəyə təyinat alacağı deyilir

09, 10, 19
16:42

Tanınmış jurnalist Sərdar Əlibəyli KXCP partiyasına üzv olub, yaxın zamanlarda vəzifəyə təyinat alacağı deyilir

Tanınmış jurnalist PS-NOTA.COM saytının baş redaktoru, keçmiş siyasi məhbus Sərdar Əlibəylinin KXCP partiyasına üzv olması barədə Azerbaycanrealligi.com-a etibarlı mənbələrdən məlumat daxil olub. Məsələ ilə bağlı Sərdar Əlibəyli ilə əlaqə saxladıq. O, KXCP üzv olmasını təsdiqlədi. Onun Klasik Xalq Cəbhəsinə yaxın vaxtlarda Mətbuat Xidmətinin Rəhbəri vəzifəsinə gətirilməsi məlumatı haqqında bir söz deyə bilməyəcəyini bildirdi. Bu məsələnin KXCP sədri Mirmahmud Mirəlioğlunun səlahiyyətində olduğunu bildirdi. Qeyd edək ki, etibarlı mənbə Sərdar Əlibəylinin yaxın zamanda KXCP Mətbuat Xidmətinin Rəhbəri təyin olunacağını da bildirmişdi.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın