Bakı uğrunda amansız savaş: Abutalıbovun yerinə iki klanın namizədi kimdir?

22, 06, 18
08:05

Bakı uğrunda amansız savaş: Abutalıbovun yerinə iki klanın namizədi kimdir?

Bakı uÄrunda amansız savaÅ: Abutalıbovun yerinÉ iki klanın namizÉdi kimdir?
Bakı uğrunda tarixən amansız mübarizə gedib. Teymurləngdən başlayaraq xanlıqlara, Stepan Razindən günümüzə qədər Xəzərin Bakı buxtası üçün qanlar tökülüb.

AnaXeber.Az-ın əldə etdiyi məlumata görə, indi də Bakı uğrunda güclər arasında gizli savaşlar getməkdədir.
Bu mübarizə Hacıbala Abutalıbovun uzun müddətli şəhər hakimiyyətinə rəhbərlik etməsindən sonra qızışıb. Şəhər hakimiyyətinə sahiblənmək üçün çırmanan qüvvələrin didişməsi alovlanmaqdadır.

Əldə etdiyimiz xəbərlərdə iddia edilir ki, iqtidar sarayında iki qüdrtəli qruplaşmalar Bakını götürmək üçün qanlı-bıçaq olublar.
Paytaxt hakimiyyətinin götürülməsi həm strateji, həm siyasi aspektdən kifayət qədər əhəmiyyətli tarixi hadisədir.
Bu baxımdan Abutalıbovun gedişindən xeyli zaman keçsə də, klanların heç biri ambisiyalarını reallaşdıra bilmirlər. Son sözü birinci şəxs deməlidir.
Buna qədər isə tərəflər öz namizədlərini meydana çıxararaq güc nümayiş etdirməyə başlayıblar.
Onlardan birinin ölkənin ikinci paytaxtı olan Gəncənin meri Elmar Vəliyevdir. E.Vəliyevin mənsub olduğu siyasi klanın gücü ictimaiyyətə çoxdan məlumdur.
Bakı uÄrunda amansız savaÅ: Abutalıbovun yerinÉ iki klanın namizÉdi kimdir?
əncə merinə alternativ namizəd isə Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Heydər Əliyev Fondunda ekspert qismində və İDEA İctimai Birliyinin icraçı direktoru vəzifələrində işləmiş Yusif Məmmədəliyevin adı çəkilir.
Y.Məmmədəliyevin təhsil naziri postuna təyin olunması üçün ciddi cəhd göstərilsə də, son anda baş tutmamışdı.
Son həftələr isə onun paytaxtın icra hakimi olması üçün səfərbər olunan Bakı qruplaşması şəhəri tam kurasiyasına götürməyə hazırlaşır.
Bu rəqabətdə hansı siyasi klanın qalib çıxacağını təxmin etmək çətin olsa da, Bakı qvardiyasının şanslarının böyük olduğu proqnozlaşdırılır.
E.Vəliyevin Gəncədəki fəaliyyətinin və dövlət rəhbərliyinə gedən şikayətlərin dosyesi onun reputasiyasını yetərinə zədələyib.
Y.Məmmədəliyev isə adı heç bir korrupsiya əməliyyatında, xoşagəlməz hadisələrdə, qruplaşma maraqlarına xidmət edərək insanları narazı salmaqda hallanmayıb.
Onun akademikin nəvəsi olması, şəhər mədəniyyətini özündə daşıması, yüksək intellekt sahibi olduğu haqda deyilənlər imicini prezident yanında yüksəldib.
Bakı uÄrunda amansız savaÅ: Abutalıbovun yerinÉ iki klanın namizÉdi kimdir?
AnaXeber.Az-ın əldə etdiyi məlumata görə, digər “cib” namizədlər də şanslarını dəyərləndirməyə çalışırlar. Lakin onlar E.Vəliyevlə Y.Məmmədəliyevin fonunda arxa planda qalırlar.
Mətbuatda yazılan versiyalara görə, Abutalıbovun yerinə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun da təyin olunması gözlənilir.
Məlumatlara görə, Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovun qudasıdır.
Abutalıbovun yerini “Bakı Ağ şəhər” layihəsinin və “Bakond” şirkətinin baş direktoru Ruslan Sadıxov tuta bilər.
Abutalıbovun yerinə namizədlərdən biri kimi “AzərGold” QSC sədri Zakir İbrahimovun da adı çəkilir.
Yeri gəlmişkən, bütün adı hallanan namizədlərin Bakı qruplaşmasına yaxınlığını qeyd etmək lazımdır. Təkcə E.Vəliyev bu adlara qarşı əks cəbhədə dayanıb.
Məlum təyinatla əlaqədar vaxtın bu qədər uzanması daha layiqli, bacarıqlı namizədin axtarışı ilə bağlı ola bilər.
Görünür, bu vəzifəyə ilk növbədə ideya və təşəbbüsü olan, inşaat, memarlıq işlərini daha yaxından bilən şəxs gətirilməlidir. Çünki o, paytaxtın 12 rayonunun hamısının icra başçısı ilə işini düzgün qura bilməlidir.
Sözügedən rayonların icra başçılarının vəzifə təyinatı və vəzifədən azad edilməsi ölkə prezidentinin səlahiyyətində olsa da, gündəlik işi, fəaliyyəti paytaxt meri ilə əlaqəli şəkildə tənzimlənir.
Əgər hansısa rayonun icra başçısı paytaxt meri ilə lazımı səviyyədə hesablaşmırsa, onu eşitmirsə, onda çoxsaylı problemlərin meydana çıxması qaçılmazdır.
Hazırda BŞİH-də yeganə müavin olan Fidumə Hüseynova merin səlahiyyətlərini icra edir. O, 2005-ci ildən BŞİH başçısının müavini vəzifəsində çalışır.
F.Hüseynova 2003-cü ildən 2005-ci ilədək Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Yəni idarəçilik sahəsində F.Hüseynovanın hələ 2003-cü ildən təcrübəsi var.
Hazırda Bakı Şəhər İcra Hakimiyyətində icra başçısının birinci müavini vəzifəsi də boşdur. Ümumilikdə isə BŞİH rəhbərliyində 3 vəzifə var – başçı və iki müavin.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rauf Pənahov ötən il iyulun 20-də vəfat edib. Həmin vaxtdan bu günə qədər onun da yerinə təyinat olmayıb.
Bir sözlə, Bakını götürəcək klan onun müavinlərini də, başçısını da. 12 rayonunu da idarə edəcək...

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın