Bəyaz Hərəkat başqanı Hürrü Əliyev Türkiyədə siyasi görüşmələrinin davamı olaraq İyi Parti ilə görüşdü

24, 07, 19
20:22

Bəyaz Hərəkat başqanı Hürrü Əliyev Türkiyədə siyasi görüşmələrinin davamı olaraq İyi Parti ilə görüşdü


Azerbaycanrealligi.com xəbər verir ki, Bəyaz Hərəkat başqanı sayın Hürrü Əliyev İYİ Parti Beynəlxalq Əlaqələr üzrə Genel başqan yardımçısı millət vəkili sayın Ahmet Kamil Erozan ilə görüşdü.

Görüş əsnasında hər iki təşkilat arasında siyasi-ictimai bir çox sahələr üzrə münasibətlərin qurulması, əməkdaşlığı möhkəmləndirilməsi və gələcək münasibətlərlə bağlı müzakirələr aparılaraq müsbət nəticələr əldə olundu. 

Hürrü Əliyev Ahmet bəyə Əbülfəz Elçibəyin əsərlərinin cəmləndiyi “İstiqlal, Hürriyyət, Bütövlük Strategiyası” kitabını hədiyyə etdi. Ahmet bəy təşəkkür edərək Hürrü bəyin xoşməramlı təqdir etdiyini bildirdi.

Müzakirələrin sonunda hər iki tərəf görüşdən məmmunluq duyduğunu bildirdi.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın