Orduxan Teymurxanın silahdaşı Bakıda həbs edildi - FOTO

14, 07, 19
13:45

Orduxan Teymurxanın silahdaşı Bakıda həbs edildi - FOTO

  

Orduxan Teymurxanın silahdaşı Bakıda həbs edildi
Hollandiyadan Azərbaycana deport ediləndən sonra Bakıda yoxa çıxan blogger Natiq İsbatovdən xəbər var. Azerbaycanrealligi.com xəbər verir ki, Avropada yaşayan azərbaycanlı mühacirlərin Criminal.a saytına verdiyi məlumata görə, Natiq İsbatov artıq həbs edilib. Onun barəsində məhkəmənin 30 sutka həbs cəzası çıxarıb.

Bildirilir ki, N.isbatov polisə müqavimət göstərdiyinə görə məhkəmə qarşısına çıxarılıb. Xatırladaq ki, N.İsbatov Hollandiyada mühacir həyatı yaşayırmış. Blogger Orduxan Teymurxanla Azərbaycan hakimiyyətinə qarşı etiraz aksiyalarında fəal iştirak edib. İyunun 9-da 2 uşağı və xanımı ilə birlikdə Azərbaycana deport edilib. İyunun 12-də isə yoxa çıxıb,ailə üzvləri ondan xəbər ala bilmir. Ailəsi onun xaricdə olarkən siyasi aktivistlik etdiyinə görə tutulduğunu deyir.

N.İsbatovun qardaşı Anar isbatov da Hollandiyada mühacirətdədir. Onun da deport olunacağı qaçılmazdır.  

Hüquq-mühafizə orqanları N.İsbatovla bağlı hər hansı məlumat yaymayıb.
Hazırladı: ictimai müxbir Cəfərova Günel 

Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın