Deputat: "Mollabacılar, falçılar, cəhalət yığını olan insanların böyük əksəriyyəti də qadınlardır"

23, 06, 19
20:06

Deputat: "Mollabacılar, falçılar, cəhalət yığını olan insanların böyük əksəriyyəti də qadınlardır"


Hazırda ölkəmizdə radikal dini cərəyanlara qoşulanlardan çox, cəhaləti, xurafati ehtiva edən dini cərəyanlara qoşulan qadınlar var.

"Mollabacılar, falçılar, cəhalət yığını olan insanların böyük əksəriyyəti də qadınlardır"

Azerbaycanrealligi.com xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa bir neçə gün bundan əvvəl "Radikal dini cərəyanlar: Qadınları onların təsirlərindən necə qorumalı?" mövzusunda ictimai müzakirələr zamanı bildirib. 

"On minlərlə qadın, Gürcüstandan tutmuş, Gəncədən tutmuş imamzadələrdə, pirlərdə gününü keçirir, başını qatır. Əslində əsl təhlükə budur. Çünki radikal cərəyanlara qoşulanları saxlamaq, həbs eləmək, bir şəkildə islah etmək mümkündür. Amma bu cür cahil kütlələrin qarşısını almaq çox çətindir. Bunun üçün ilk növbədə sağlam dini təhsilin verilməsi vacibdir" – deyən deputat hesab edir ki, qadınlara dini doğru öyrətmək lazımdır ki, gedib başqa təsirlərə düşməsinlər.

"Azərbaycanda təhsil almayan qadın qalmamalıdır. Bizim 200 illik məğlubiyyətimizin səbəbi odur ki, Azərbaycan qadınlarının 50%-i savadsızdır. Bunda qadınlarımızın günahı da yoxdur. Çünki onların iqtisadi azadlığı, ailə içində hüquqları yoxdur və öz hüquqlarını qorumaq üçün cəmiyyətin yalançı tabularına tabe olmaq məcburiyyətində qalır", – deyən Mustafa əlavə edib ki, 20-ci əsrin əvvəllərində bir qız məktəbinin açılması ilə qadın intibahı baş vermişdi.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın