Çöhrəqanlıdan "Bəyaz Hərəkat"ının 24 iyunda keçiriləcək Birlik yürüşünə dəstək Bəyanatı: "İştirak edə bilmədiyim üçün üzgünəm

19, 06, 19
11:36

Çöhrəqanlıdan "Bəyaz Hərəkat"ının 24 iyunda keçiriləcək Birlik yürüşünə dəstək Bəyanatı: "İştirak edə bilmədiyim üçün üzgünəm


Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) başqanı M.Çöhrəqanlının müraciəti:
   
İllər öncə MİLLİ OYANIŞ HƏRƏKATInı başlayarkən "Şərəfli millətlər öz bayrağı altında yaşar" deyib yola çıxdıq. Nə düşüncələrimizi, nə prinsiplərimizi, nə də yolumuzu dəyişmədik. Prosesin mahiyyəti hədəfi və fəlsəfəsi dərki olanlara məlumdur. Elçi Bəy demişkən "fəlsəfənin tarixi yoxdur, tarixin fəlsəfəsi var". Tarixin fəlsəfəsi isə yalana, saxtakarlığa, ikiüzlülüyə nifrət edir. Fiziki halda Bütöv Azərbaycan bayragı altında kölgələnib fikiri, dùşüncəsi, əməli ilə yad bayraqlara xidmət edənlərin, onların ideoloqlarının məlum münasibətlərinin  nəticəsi olaraq TÜRKLÜK GÜNÜ-Elçi Bəyin doğum günü ilə əlaqəli ziyarət məqsədli BİRLİK YÜRÜŞÜndə iştirak edə bilmədiyimdən üzgünəm. Əmin olun və bilin ki, bir olacağımız gün uzaqda deyil.

 BƏYAZ HƏRƏKATa və BİRLİK YÜRÜŞÜdə iştirak etmək qərarı verən və iştirak etmək  imkanı olan, milli-mənəvi dəyərləri hər şeydən üstün tutaraq MÜQƏDDƏS YOLa yolçuluq edən millət fədailərinə uğurlar arzulayıram.

 Biz VƏTƏN,MİLLƏT, BAYRAQ  olan hər yerdə ruhumuzla varıq.

GAMOH adına
Sayğılarımla dr. MAHMUDƏLİ ÇÖHRƏQANLI

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın