Keçmiş hərbi polkovnik oğlundan imtina etdi: "Mən indi özümü arxasız və kimsəsiz insan kimi hiss edirəm" - FOTO

17, 06, 19
18:31

Keçmiş hərbi polkovnik oğlundan imtina etdi: "Mən indi özümü arxasız və kimsəsiz insan kimi hiss edirəm" - FOTO


Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovdan imtina edib. 

Azerbaycanrealligi.com-un xəbərinə görə, E.Sabiroğlu bununla bağlı oğluna məktub yazıb. Məktubu Rüfət Səfərov özünün feysbuk səhifəsində yayaraq bunları yazıb:

“Bu məktub bu gün də olmasa, məsələn, 50 il sonrakı azərbaycanlı üçün əhəmiyyət daşıyacaq…
dostlar, Siz də oxuyun, nəticə çıxarın…
doğru bildiklərimi söyləməkdə davam etdiyimə görə görün nə gündəyəm…
oxuyun, yaxşı- yaxşı oxuyun…
bu rejim bizi nə günlərə saldı…”

Eldar Sabiroğlu məktubunda oğluna hətta cənazəsinə belə gəlməməyini tapşırıb. 

Qeyd edək ki, R.Səfərov keçmiş müstəntiqdir. O, prokurorluq orqanlarındakı fəaliyyətə etiraz edərək işdən ayrılmış, daha sonra isə həbs edilmişdi. Uzun müddət həbsdə qalan R.Səfərov ölkə başçısının əfv sərəncamı ilə azadlığa çıxmışdı.

Azerbaycanrealligi.com Eldar Sabiroğlunun oğlundan imtina məktubunu təqdim edir:


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın