Xalq hərəkatından Əbülfəz Elçibəyin qardaşı oğluna mühüm dəstək: "Birlik Yürüşü"nə dəstəyin ardı-arası kəsilmir - FOTOLAR

12, 06, 19
18:40

Xalq hərəkatından Əbülfəz Elçibəyin qardaşı oğluna mühüm dəstək: "Birlik Yürüşü"nə dəstəyin ardı-arası kəsilmir - FOTOLAR


Azerbaycanrealligi.com xəbər verir ki, Bu gün, 12.06.2019 tarixində Bəyaz Hərəkat TK-nin sədri Hürrü Əliyev, TK-nin üzvləri Həsən Qasımov və Sabir Sadiqov Liberal Demokrat partiyasının qərargahında ilk olaraq LDP-nin sədri Fuad Əliyev arasında görüş keçirildi. Sonra isə AXH-nın dönəm sədri Ağasif Şakiroğlu və idarə heyəti üzvləri ilə bir araya gəldilər. 

Görüş iştirakçıları Bəyaz Hərəkatın təşəbbüsü ilə 24 iyun saat 11:00-a təyin olunmuş Əbülfəz Elçibəyin Doğum Günü-Türklük Gününə həsr olunan BİRLİK YÜRÜŞÜNDƏ iştiraklarına dair ilkin razılıqlarını bildirdi və bu təşəbbüsü yüksək təqdir edərək görüşdən məmnunluqlarını ifadə etdilər. Bəyaz Hərəkat TK-nin sədri Hürrü Əliyev də öznövbəsində xoş münasibət və səmimi görüş üçün LDP-nin sədri Fuad Əliyevə və AXH-nın idarə heyətinin üzvlərinə dərin təşəkkürünü bildirdi.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın