Bütöv Azərbaycan Ocaqları da "Birlik Yürüşü"nə qoşulacaq - FOTOLAR

11, 06, 19
11:56

Bütöv Azərbaycan Ocaqları da "Birlik Yürüşü"nə qoşulacaq - FOTOLAR


Azerbaycanrealligi.com xəbər verir ki, BƏYAZ HƏRƏKAT təşkilat komitəsinin "BİRLİK YÜRÜŞÜ" ilə bağli hazırlıqları və siyasi-ictimai təşkilatlarla görüşləri davam edir.  Bildiyiniz kimi 24 iyun saat 11:00-da TÜRKLÜK günü və Elçi Bəyin doğum günü  ilə əlaqədar "BİRLİK YÜRÜŞÜ" təyin olunmuşdur. Təşəbbüskar olaraq BƏYAZ HƏRƏKAT təşkilat komitəsinin sədri Hürrü Əliyev , BH TK-nin üzvləri Həsən Qasımov və Sabir Sadıqov bu gün BÜTÖV AZƏRBAYCAN OCAQLARI (BAO) başqanı Zahir bəy Əlisoy və təşkilatın Mərkəzi Şura üzvləri ilə görüşmüşdür. BAO  təşkilatı Bütöv Azərbaycan ideyasının daşıyıcıları və millət fədailəri olaraq  bu ideyanın ideoloqu, rəhbəri, yolbayı olan Elçi Bəyi bir yerdə anmaqdan və onun yolunda bir yerdə addımlamaqdan məmnunluq duyacaqlarını ifadə edtilər.  BƏYAZ HƏRƏKAT həmçinin  dəyərli təkliflərə,məsləhətlərə görə görüşdə iştirak edən hər kəsə  minnətdarlığını bildirdi.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın