Kanada Vəkillər Kollegiyasının üzvündən Əbülfəz Elçibəyin qardaşı oğlunun birlik yürüşünə dəstək

10, 06, 19
11:19

Kanada Vəkillər Kollegiyasının üzvündən Əbülfəz Elçibəyin qardaşı oğlunun birlik yürüşünə dəstək


Azerbaycanrealligi.com xəbər verir ki, Üseyn Türkel "Bütün Türkçü, Turançı və Bütöv Azərbaycançıları bu yürüşə tam güclə dəstək verməyə çağırıram." Güney Azərbaycan Türklərinin Müdafiə Mərkəzinin (Kanada) rəhbəri, Kanada Vəkillər Kollegiyasının üzvü Hüseyn Türkel Bəyaz Hərəkatın Təşkilat Komitəsinin sədri Hürrü Əliyevin təşəbbüsü ilə Əbülfəz Elçibəyin doğum günü-Türklük gününə həsr olunan "BİRLİK YÜRÜŞÜ"nə dəstək bəyanatı verib.  

24 İyun güneyli-quzeyli milli azadlıq mücadiləmiz lideri, Türkçülük, Turançılıq və Bütöv Azərbaycan ideyamızın yolbayı, Əbülfəz Elçibəyin doğum gününün Türkçülük Günü elan edilməsini sevinclə və qürurla alqışlayıram. İndiki global şərtlərdə elecə də vətəndəki siyasi-ictimai durumu gözə alaraq Bəyaz Hərəkatının Milli Liderimizin doğum günündə Türkçülərin birgə yürüşünü təşkil etmə təşəbbüsünü  millətimizin birlik, birgəliyini və uca xalqımızın strateji məram, məqsədləri və hədəflərinin ortaya qoyulması baxımından olduqca əhəmiyyətli addım hesab edir, bütün Türkçü, Turançı və Bütöv Azərbaycançıları bu yürüşə tam güclə dəstək verməyə çağırıram. Yaşasın Müstəqil, Demokratik Bütöv Azərbaycan!

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın