Əbülfəz Elçibəyin qardaşı oğlu Müsavat başqanı ilə görüş keçirdi: Birlik üçün - FOTO

09, 06, 19
09:12

Əbülfəz Elçibəyin qardaşı oğlu Müsavat başqanı ilə görüş keçirdi: Birlik üçün - FOTO


Azerbaycanrealligi.com xəbər verir ki, BƏYAZ HƏRƏKAT təşkilat komitəsi 24 iyun Türklük günü və Elçi Bəyin doğum günü münasibəti ilə təyin olunan BİRLİK Yürüşünə dəvətlə bağlı görüşlərini davam etdirir. 

Müharibə veteranları, qazilər, ictimai fəllarla görüşən təşkilat komitəsinin sədri Hürrü Əliyev MÜSAVAT partiyasının başqanı Arif bəy Hacılı ilə bir araya gələrək BİRLİK YÜRÜŞÜ,VAHİD MİLLİ GÜC İTTİFAQININ (VMGİ) yaranması, gələcək fəaliyyətlərin yol xəritəsini müzakirə etdilər.

Milli maraqları öndə tutaraq hər cür fədəkarlığa hazır olduqlarını bir daha bəyan edərək birgə fəaliyyətə hazır olduqlarını bildirən MÜSAVAT başqanı Arif bəy Hacılıya səmimi müzakirəyə,uğurlu nəticəyə görə təşəkkürünü bildirən Hürrü bəy, bu birliyin gələcəkdə milli problemlərimizin həll olunmasında uğurlu nəticəyə aparacağından əminlik ifadə etdi.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın