Hafiz Hacıyev: "Hakimiyyətdə ermənilərlə qohumluğu olan məmurlar çalışırlar. Prezident əfv etdiyi adamı polis tutub döyür, 30 sutka həbs verir. Bu o deməkdir ki, ölkə başçısına güc göstərirlər".

04, 04, 19
19:06

Hafiz Hacıyev: "Hakimiyyətdə ermənilərlə qohumluğu olan məmurlar çalışırlar. Prezident əfv etdiyi adamı polis tutub döyür, 30 sutka həbs verir. Bu o deməkdir ki, ölkə başçısına güc göstərirlər".


“Aprel döyüşlərində insanlarımızda bir ruh yüksəkliyi yarandı. Onda biz torpaqlarımızı işğaldan aza edə bilərdik, amma təəssüflər olsun ki, daxilimizdə ermənilərlə qohum olan vəzifəlilər buna imkan vermədilər”.

Azerbaycanrealligi.com xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev aprel döyüşlərinin üçüncü ildönümünə münasibət bildirərkən deyib. H.Hacıyev bildirib ki, torpaqları azad etmək üçün ilk növbədə hakimiyyətdə buna mane olan, ermənilərlə qohumluğu olan məmurları təmizləməliyik:

“Açığını deyim ki, Azərbaycanın Dağlıq Qarabağla bağlı siyasətində çox ləngimələr baş verir. Paşinyan Qarabağda təhlükəsizlik şurasının iclasını keçirəndə biz partiya olaraq buna təpki göstərdik. Amma bu gün Azərbaycanın xarici işlər naziri görüşlərdən heç bir nəticə əldə edə bilmir, ancaq şəkil çəkdirir. Aprel döyüşlərində insanlarımızda bir ruh yüksəkliyi yarandı. Onda biz torpaqlarımızı işğaldan aza edə bilərdik, amma təəssüflər olsun ki, daxilimizdə ermənilərlə qohum olan vəzifəlilər buna imkan vermədilər. Moskvaya zəng vurub rəsmi Bakıya təzyiq göstərməyə cəhd göstərdilər və nəticədə müharibəni dayandırdılar. Bütün dünyada terroristlərin kökünün kəsilməsi üçün xüsusi əməliyyatlar keçirilir və ermənilər də terroristdir və bu yolla torpaqlarımızı işğal ediblər. Bu gün torpaqlarımızda ermənilər məskunlaşdırılır. Baş verənlərin hamısı xalqa düzgün çatdırılmır. Neçə ildir deyirik ki, zaman gələcək torpaqlarımızı işğaldan azad edəcəyik, zamanın da evi yıxılsın, hələ gəlib çıxmayıb. Ona görə də aprel döyüşlərinin ildönümlərində süni şou yaradırlar və bu, da heç kimə lazım deyil. Biz bir vətəndaş olaraq qalxıb torpaqlarımızı işğalçılardan azad etməliyik. 

26 ildir Dağlıq Qarabağ unudulmaqdadır. Bu gün ölkə prezidenti tək qalıb, ona hər yandan təzyiq edirlər. Prezident çalışır ki, beynəlxalq təşkilatlarla müəyyən işlər görsün. Azərbaycanda ölkə başçısına təzyiq göstərmək istəyən xüsusi qüvvələr var. Özünüz də şahidisiniz ki, ölkə başçısının efv etdiyi adamı polis evindən aparıb döyüb, 30 sutka həbs verir. Bu o deməkdir ki, ölkə başçısına güc göstərirlər. Hərbidə də belə bir vəziyyətdir. Məsələn, ölkə başçısının hərbçilərlə görüşündəki çıxışını tamamilə başqa səmtə yozurlar və imkan vermirlər ki, Dağlıq Qarabağı erməni terroristlərindən azad etsin. Hakimiyyətdə ermənilərlə qohumluğu olan məmurlar çalışırlar ki, Qarabağ problemi həll edilməsin. Onlar imkan vermirlər ki, ölkədə islahatlar getsin. Bununla da Dağlıq Qarabağı unutdura-unutdura gedirlər. Göyçəmizi, Zəngəzurumuzu da unutdurdular. Necə olur ki, ölkə başçısının özü və xanımı hərbçilərimizlə görüşür. Amma onlardan başqa bu cür görüşləri keçirən ikinci və ya üçüncü bir adam yoxdur. Amma ölkəni talan edənlərin sayı nə qədərdir. Ona görə də Azərbaycan dövlətinin Dağlıq Qarabağ məsələsində vahid mövqeyi yoxdur. Ermənilərə atəşkəs sərf edir və quruculuq işləri aparırlar. Azərbaycan xalqı ölüm-dirim savaşına başlamalıdır. Azərbaycan xalqını istəyirlər ki, təhşimçi sülhlə doydursunlar, amma bu isə heç cür mümkün deyil. Bizim partiyamız çox ciddi, məxfi bir qərar qəbul edib. Biz ölkə başçısıyla birgə müharibəyə başlayarkən birinci onun ətrafında ölkə başçısına təzyiq göstərən məmurlar qovmalıyıq. Onların övladları axşama kimi Ermənistanda Sevan gölünün sahilində farel balığı yeyirlər. Son yayılan görüntülərin özünüz də şahidi oldunuz ki, onlar Azərbaycan dövlət nömrə nişanlı avtomobillərlə Ermənistana gedib-gəlirlər. Onlar istəməzlər biz Qarabağı azad edək, çünki onların dayılarının hamısı Ermənistanda vəzifədədir. Ona görə də Azərbaycan xalqı ölkəni daxili düşmənlərdən təmizlədikdən sonra Vətən müharibəsinə, müqəddəs savaşa hazır olmalıdır”. 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın