Teleaparcı Tolikdən Əli İnsanova sərt sözlər: "Gərək ömürlük məhkum edəydilər."

17, 03, 19
20:28

Teleaparcı Tolikdən Əli İnsanova sərt sözlər: "Gərək ömürlük məhkum edəydilər."


Azerbaycanrealligi.com xəbər verir ki,16 mart tarixində ölkə başçısı İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamı ilə sabiq səhiyyə naziri Əli İnsanov da cəzasının çəkilməmiş hissəsindən azad edilib. Xəzər televiziyasının aparıcısı Tolik( Tarix Əliyev) keçmiş səhiyyə naziri Əli İnsanovun ölkə başçısının sərəncamıyla əfv olunmasını şəxsi facebook səhifəsində belə şərh edib. Aparıcı qeyd edib: "Deyirəm, bu Əli İnsanov indi nə yaman jurnalistlərə "əzizlərim" deyir, yadından çıxıb 14 il qabaq xanıma "rədd ol" dediyi sözlər? Millionları yeyib üstündən su içib, indi də Amerikaya çox sağ ol deyir!! Səni gərək ömürlük məhkum edəydilər."

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın