Hadi Rəcəbli: Nə villalarım var, nə də biznesim

02, 03, 19
17:01

Hadi Rəcəbli: Nə villalarım var, nə də biznesim


on günlər sosial şəbəkələrdə millət vəkili Hadi Rəcəblinin əmlaklarının siyahısı dərc edilib. sfera.az saytı millət vəkili Hadi Rəcəblinin məsələ ilə bağlı fikirlərini öyrənib. Millət vəkili sosial şəbəkələrdə yazılanlar cəfəngiyyat adlandırıb.

”Mənim  guyə 17 böyük əmlakım, bahalı villalarım var. O, yazılan 17 əmlakın mənə heç bir aidiyyatı yoxdur. Bu sadəcə cəfəngiyyatdır. Mən uzun illərdir ki, dövlətə xidmət edirəm. Evim var. Mən rayon adamıyam, bəli torpağım var. Ancaq mənim nə villalarım, nə də böyük biznesim yoxdur. Mənim hansısa qohum əqrabamın əmlakını mənim adıma yazmaq düzgün deyil. Yazılan mağazaların belə mənə heç bir aidiyyatı yoxdur. Mənim övladlarım 14 yaşından işləyirlər. Övladlarım adına olan evlərini belə mənim var dövlətim kimi yazıblar. Mən ağsaqqal adamam. 72 yaşım var. Professoram. Lənkəran camaatı məni yaxşı tanıyır. Mənim nə klinikam, nə də kompüter mağazam yoxdur. Bu bir millət vəkilinin, dövlətin üzdə olan, ağsaqqal bir professorunun adına yaxılan ləkədir.”

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın