Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov Bakıda hakimyyətyönlü şəxslərlə doğum gününü qeyd edir - FOTOLAR

17, 02, 19
21:18

Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov Bakıda hakimyyətyönlü şəxslərlə doğum gününü qeyd edir - FOTOLAR


Tanınmış ziyalı, kinorejissor Rüstəm İbrahimbəyov 80 illik yubileyini keçirmək üçün Bakıya gəlib.

Azerbaycanrealligi.com Strateq.az-a isitnadən xəbər verir ki, bu barədə rejissor Əli İsa Cabbarov sosial şəbəkədəki hesabında bildirib.

Onun restorandan keçirilən ziyafətdən paylaşdığı fotoda Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, professor Qulu Məhərrəmli, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu və başqa tanınmış şəxslər də yer alıb.
1

Q.Məhərrəmli Strateq.az-a açıqlamsında R.İbrahimbəyovun Bakıya döndüyünü təsdiqləyib.
Xatırladaq ki, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirak qərarından sonra Azərbaycana qayıtmaqdan imtina etmişdi.

Onun barəsində hər hanası cinayət araşdırması olmasa da, İbrahimbəyov həbs təhlükəsini nəzərə alıb Azərbaycana gəlmədiyini bildirmişdi.
2
3
5
4
53081096_979074668949169_3582413345212334080_n
52274831_979074725615830_8146362034800295936_n

Cəfərova Günel 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın