"Erməni və Azərbaycan xalqı arasında əbədi düşmənçilik olmayacaq" - Xocalının deputatı

30, 01, 19
20:51

"Erməni və Azərbaycan xalqı arasında əbədi düşmənçilik olmayacaq" - Xocalının deputatı


"Biz bu regionda erməni xalqı ilə bir yerdə yaşayırıq. Heç kəs bu regiondan köçəsi deyil. Bu Allahın bir qismətidir. Kimə pis, kiməsə də yaxşı qonşu nəsib olur. İndi bizə də erməni naxələflərin, xəyanətkarların və nankorların şəxsində pis qonşu nəsib olub. Ancaq biz belə düşünməliyik ki, bu düşmənçiliyi yaradan bütöv Ermənistan xalqı deyil. Bu xalqın içərisində təmsil olunan müəyyən siyasi şəxslər və qruplardır. Bunlar öz məkrli planlarını həyata keçirmək üçün Azərbaycana qarşı bu düşmənçiliyi yaradıblar".

Azerbaycanrealligi.com
xəbər verir ki, Bu fikirləri Demokrat.Az-a açıqlamasında Xocalı şəhər İcra hakimiyyətinin keçmiş başçısı, Milli Məclisin deputatı Elman Məmmədov bildirib.
Deputat deyib ki, Azərbaycanla Ermənistan arasında düşmənçilik əbədi deyil:

"Təbii ki, Azərbaycan və Ermənistan xalqları arasında düşmənçilik başqa müharibələr kimi əbədi olmayacaq. Tarixə baxsaq görərik ki, I və II dünya müharibələrində də Almaniya və Rusiya bir-birinə qarşı müharibə aparıb, milyonlarla insan həlak olub. Ancaq bu gün Almaniya və Rusiya xalqı normal münasibətdədir. Dünyada əbədi düşmənçilik yoxdur. Ona görə də Erməni və Azərbaycan xalqı arasında əbədi düşmənçilik mövcud olmayacaq. Ermənilərin içərisində faşist və axmaq adamlar məhv olandan sonra təbii ki, Azərbaycanla da barışıq, əməkdaşlıq, birgə yaşayış olacaq. Yəni, bu istiqamətdə fikirləşmək lazımdır. Ancaq erməni xalqı bir şeyi dəqiq bilməlidir ki, əgər sülh, birgə yaşayış istəyirlərsə, Azərbaycan torpaqlarına qarşı işağlçılıq siyasətinə son qoyulmalıdır, Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik siyasətindən əl çəkilməlidir".
E.Məmmədov qeyd edib ki, tarixdə xalqlar arasında əbədi müharibələr olmur:

"İkinci dünya müharibəsi zamanı faşist Almaniyası yəhudilərə qarşı nə qədər soyqırımlar törətmişdi. Rusiya İmperiyası ilə Hitler Almaniyası uzun illər müharibə aparıb. Ancaq bu gün Almaniya, Rusiya və İsrail xalqları arasında normal münasibətlər mövcuddur. Bu gün həmin yəhudilər və ruslar Almaniyada rahat yaşayırlar. Bu gizli deyil ki, dünya siyasətinin formalaşmasında yəhudilərin rolu var. Yəni, mən demək istəyirəm ki, xalqlar və dövlətlər arasında əbədi müharibələr və düşmənçilik yoxdur. Müharibələr və düşmənçilik müəyyən dövlərdə bəzi şəxslərin öz məkrli siyasətlərini həyata keçirmək üçün xalqları bir-birinə qarşı qoymaq planıdır".

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın