sitename

Məhkəmədə aparılan monitorinqin nətiçəsi açıqlandı

Cəmiyyətin aktiv kəsimi olan Əlovsət və Namiq Sadıqlılar son həbslər haqqında facebook səhifələrində yazdılar.

03 yanvar 2019-cu il tarixdə keçirilmiş aksiyada inzibati həbs edilmiş etirazçıların apellyasiya şikayətlərinə baxılması prosesində müşahidələrimi diqqətinizə çatdırıram:
11.01.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsində AzelTV-nin təsisçisi – jurnalist Əfqan Sadıqov, “Qarabağ Komitəsi”nin üzvü Səxavət Nesibov, Kanal13-ün əməkdaşı – jurnalist Nurlan Qəhrəmanlı və AXCP üzvü Elimxan Ağayevin apellyasiya şikayətinə baxıldı.
Məhkəmə prosesləri müxtəlif hakimlər tərəfindən və təxminən, eyni vaxtda keçirildiyinə görə “Siyasi Məhbusları Müdafiə Mərkəzi”nin üzvü – hüquq müdafiəçisi kimi bu proseslərin yalnız ikisində – Əfqan Sadıqov və Səxavət Nəsibovun məhkəmələrində monitorinq aparmaq imkanım oldu.
Əfqan Sadıqovun şikayəti üzrə hakim Həsən Əhmədov vəkil Cavad Cavadovun vəsatətlərinin heç birini – nə aksiyanın video-görüntüsünü əldə etmək və jurnalist Əfqan Sadıqovun həmin aksiyada məhz öz peşə vəzifəsini yerinə yetirmiş olmasını sübut etmək məqsədilə nəzarət kameralarından görüntülərin əldə edilməsi barədə, nə də həmin məqsədlə şahidlərin dindirilməsi barədə vəsatətləri qəbul etmədi.
İnsafən deyim ki, vəkil C.Cavadov mövcud Azərbaycan reallığında vəkil kimi nə edə bilərdisə, etdi və Əfqan Sadıqovun həmin aksiyada yalnız jurnalist kimi peşə fəaliyyətini yerinə yetirdiyini və əslində onun həbsi və peşə fəaliyyətinə maneçilik yaratmaqla cinayət əməlinə yol verildiyini hüquqi dəlillərlə sübuta yetirsə də, hakimin əvvəlcədən açıq-aşkar görünən mövqeyində dəyişiklik yarada bilmədi.
Hakimin “məhkəmədən xahişiniz?” sualına isə Əfqan Sadıqov belə cavab verdi:
“Mən akiyada iştirakçı deyildim, yalnız jurnalist kimi peşə fəaliyyətimi yerinə yetirirdim və peşə vəzifəmi yerinə yetirməyim Əliyev rejiminə sərf etmədiyi, rejimin iç üzünü açdığım, ictimailəşdirdiyim üçün həbs edilmişəm. Jurnalistlik fəaliyyətimlə əlaqədar neçə dəfələrdir ki, məni şərləyib həbs edirsiniz. Hesab edirəm ki, nə qədər ki Əliyevin diktatura rejimi var, belə də olacaq. Məni məcbur edirsiniz ki, aksiyaçılara qoşulum, mübarizəni onların sırasında aparım və yəqin ki, bu, belə də olacaq! Hakimdən isə heç bir xahişim-zadım yoxdur! Onsuz da mövqeyiniz də, ədalətiniz də, qərarınız da əvvəldən – haqlı, qanuni vəsatətləri rədd etdiyinizdən bəllidir! Sizdən məni azad etməyinizi də xahiş etmirəm! Nə tapşırıblarsa, onu da oxuyun!”
Hakim Həsən Əhmədov Nizami rayon məhkəməsinin Əfqan Sadıqov barədə çıxardığı 22 günlük inzibati həbs qərarını qüvvədə saxladı.
Sonra hakim Əflatun Qasımovun sədrliyi ilə “Qarabağ Komitəsi”nin üzvü Səxavət Nəsibovun apellyasiya şikayətinə baxıldı.
Bu məhkəmə prosesində də vəkil Cavad Cavadov müdafiəçisi olduğu Səxavət Nəsibovun polisin tələblərini yerinə yetirib-yetirmədiyinin və hansı şəraitdə həbs edildiyinin sübutu üçün aksiya yerindəki video-kameralardan görüntülərin əldə edilməsi, şahidlərin dindirilməsi və Səxavət Nəsibovun fiziki zorakılıq və işgəncələrə məruz qalması ilə əlaqədar tibbi ekspertizadan keçirilməsi barədə üç vəsatət verdi. Hakim Əflatun Qasımov da, eynən Əfqan Sadıqovun işinə baxan hakim Həsən Əhmədov kimi, heç bir hüquqi əsas göstərmədən vəsatətlərin hər üçünü rədd etdi.
Vəkil C.Cavadov müdafiə etdiyi Səxavət Nəsibovun heç bir inzibati qanun pozuntusuna yol vermədiyi, əksinə onun özünün polis zorakılığına, qeyri-insani rəftar və işgəngələrə məruz qalması barədə faktları sadaladı, həmçinin işgəncə faktı ilə əlaqədar prokurorluğa şikayət yazdığını bildirdi.
Hakimin “sizin sözünüz, istəyiniz, xahişiniz?” sualını isə Səxavət Nəsibov belə cavablandırdı:
“Cənab hakim, mənim polisin qanuni tələbinə tabe olmamam barədə iddia tamamilə böhtandır. Belə ki, biz ölkədə baş alıb gedən özbaşınalığa, qanunsuzluqlara, polis və digər inzibati orqanların şərləmələrinə, məhkəmələrdəki ədalətsizliyə etiraz etmək üçün Konstitusiya ilə qorunan etiraz hüququmuzdan istifadə edərək, etirazımızı bildirmək üçün küçəyə çıxmışdıq. Lakin polisin “dağılışın” göstərişindən sonra aksiya iştirakçıları dağılmaq üçün metroya tərəf getməyə başladı. Bu zaman polis kardonu qarşımızı kəsib getməyə qoymadı və istiqamətimizi dəyişib polis maşınlarına tərəf apardı. Bu, yəqin ki, nəzarət kameralarının da görüntülərində var. Siz isə bu görüntülərin əldə edilməsini istəmirsiniz, niyə, bilmirəm!? Orada isə bizi tutub polis maşınlarına mindirdilər. Polis maşınının içində məni tərbiyəsiz küçə söyüşləri ilə təhqir etdilər, təhqirlərə etiraz etdikdə vəhşıcəsinə döydülər və taqətdən saldılar, sonra polisin biri məni boğmağa başladı, artıq özümü müdafiə edə bilmirdim, nəfəsim kəsilənə – xırıldayanadək məni boğdu. Bəxtim onda gətirib ki, aksiya yeri ilə 24-cü polis bölməsinin arasındakı məsafə çox uzaq olmayıb və maşın polis bölməsinə çatdığına görə məni bayılmış vəziyyətdə maşından düşürüblər. Mənimlə eyni maşında aparılan Fatimə Mövlamlı bu vəhşiliyin şahidi olub.Yəqin ki, məsafə bir az uzaq olsaydı, mən indi ölmüş olardım! Mən heç bir hüquq pozuntusu etməmişəm, yalnız Konstitusiya ilə mənə verilmiş hüquqdan istifadə etmək istəmişəm! Ədalətli qərar verəcəyinizə inanmıram, ancaq hər bir halda ədalətli qərar verilməsini istəyirəm!”
Hakim Əflatun Qasımov da Nizami rayon məhkəməsinin Səxavət Nəsibov barədə çıxardığı 20 günlük inzibati həbs qərarını qüvvədə saxladı.
Xatırladım ki, yanvarın 3-də Bakının “Neftçilər” metrostansiyasının yaxınlığında aksiya keçirilib. Aksiya iştirakçılarından 20 nəfərə yaxını polis tərəfindən saxlanılsalar da, sonradan onların bir hissəsi sərbəst buraxılıb.
Həbs olunanlardan Səxavət Nəsibova 20, Nurlan Qəhrəmanlı, Elimxan Ağayevə 21, Əfqan Sadıqova isə 22 sutka inzibati həbs cəzası verilib...
Həmçinin Fatimə Mövlamlı, Mətanət Mahmırzayeva və Pərvin Abışova 300 manat, Fərid Abdinov isə 400 manat cərimə cəzasına məhkum ediliblər.

Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 796
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 386
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 507
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 916
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar