Qarabağ Komitəsi yenidən mitinq üçün müraciət etdi


Azerbaycanrealligi.com xəbər verir ki, Qarabağ Komitəsinin üzvləri Akif Nağı, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, İlham İsmayıl, Tural Abbaslı, Sahib Kərimlinin imzaları ilə dekabrın 15-də Qarabağ mitinqinin keçirilməsinə dair Bakı şəhər icra hakimiyyətinə müraciət göndərilib. Müraciətdə göstərilir: Biz aşağıda imza edənlərin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Dağlıq Qarabağ və digər ərazilərimizin hələ də Ermənistanın işğalı altında qalmasına etiraz etmək, həmçinin torpaqlarımızın azadlığı işinə ictimai dəstəyi nümayiş etdirmək, haqlı mövqeyimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Qarabağ mitinqi keçirmək haqda qərar qəbul etmişik. Qarabağ mitinqinin 2018-ci il dekabrın 15-də, saat 1500 dan 1700 dək 10 min nəfərin iştirakı ilə Yasamal rayonu ərazisində “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutulur. Mitinqdə “Qarabağa azadlıq!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim qalacaq!”, “Qarabağda antiterror əməliyyatının başlanılmasını tələb edirik!”, “Köçkün və qaçqınların yurda qayıdışı təmin edilsin!”, “Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!” şüarları səsləndiriləcək, eyni məzmunda plakatlar qaldırılacaq, çıxışlar ediləcək, qətnamə qəbul olunacaq. Xahiş edirik ki, Qarabağ mitinqinin keçirilməsi üçün qanunvericiliyə uyğun olaraq şəraitin yaradılması və təhlükəsizliyin təmin olunması üçün tapşırıqlarınızı verəsiniz.

Qarabağ Komitəsi Mətbuat Xidməti.


Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Hüseyn Cavidin “Seçilmiş əsərləri” Özbək dilində işıq üzü görüb - FOTO

Hüseyn Cavidin “Seçilmiş əsərləri” Özbək dilində işıq üzü görüb - FOTO

  • 08 noy, 14:49
  • 245
Hüseyn Cavidin “Seçilmiş əsərləri” Özbək dilində işıq üzü görüb - FOTO
Amaliya Pənahova vəfat etdi

Amaliya Pənahova vəfat etdi

  • 08 noy, 10:13
  • 1 078
Amaliya Pənahova vəfat etdi
Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir.

Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir.

  • 03 noy, 09:46
  • 352
Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir.
Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət görsədən kurs və dərnəklərin təqdimatı keçirilib - FOTOLAR

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət görsədən kurs və dərnəklərin təqdimatı keçirilib - FOTOLAR

  • 12 okt, 08:41
  • 582
Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət görsədən kurs və dərnəklərin təqdimatı keçirilib - FOTOLAR
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar