sitename

Milli Məclisin spikerindən deputat Tahir Kərimliyə cavab: "Deyəsən, dərmanın dozası çox olub".



Dərman satışı tələblərin pozulmasına görə cəzalar müəyyənləşdi.

Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.
Dəyişikliklə Azərbaycanda dərman vasitələrinin topdan satışına dair tələblərin pozulmasına görə cəzalar müəyyənləşib.

Məcəllənin 221-ci (Dərman vasitələri haqqında qanunvericiliyin pozulması) maddəsinə 10 və 11-ci bəndlər əlavə olunur.

Əlavəyə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə edilir.

Bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədildikdə-vəzifəli şəxslər 2 500 manatdan 4 500 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinin 452-ci (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulması) maddəsində nəzərdə tutulan cəzalar həm də aptek təşkilatlarına dair tələblərin pozulmasına da aid ediləcək.

Maddəyə edilən əlavə bəndlərə əsasən, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə olunur.

Bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədildikdə-vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə edilir.

Müzakirələr zamanə deputat Tahir Kərimli sənəddə “effektiv” sözünün “səmərəli” sözü ilə əvəzlənməsini istəyib.

“Biz gəlin, dilimizə hörmət edək. Əgər biz özümüz özümüzə hörmət etməsək, heç kim bizə hörmət etməyəcək. Bu dil bizə ata-babalarımızdan qalıb. Biz də bu dilin saflığının qorunması üçün əlimizdən gələni etməliyik. Təklif edirəm ki, parlamentdə dil monitorinq mərkəzi yaradılsın. Qanun layihələri cənab prezidentə təqdim olunmazdan əvvəl həmin mərkəzdə baxılsın”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə deputatın çıxışına münasibət bildirib. “Tahir müəllim, burada nəzərdə tutulan “effektiv” sözü tibbi bir anlayışdır”.

Daha sonra isə çıxış edən spiker Oqtay Əsədov deyib ki, deyəsən, dərmanın dozası çox olub. “Qanun layihəsinin mahiyyəti qalıb bir kənarda, hamı dilin qorunmasından danışır. Birincisi, biz dilimizi qorumalıyıq. Bu, ən vacib məsələdir. Mən və parlament rəhbərliyi də dilin qorunmasının tərəfdarıyıq. Dilin qorunması ilə hər hansı monitorinq qrupunun yaradılmasına ehtiyac yoxdur.

Biz özümüz bununla məşğul oluruq. Bu məsələ ilə gələcəkdə də məşğul olmaq lazımdır. Amma xahiş edirəm, gündəliklə bağlı məsələlərə münasibət bildirək”.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov əlavə edib ki, dərmanlarla bağlı terminləri hər gün Azərbaycan dilinə tərcümə etməyə çalışsaq bizim işimiz çətin olar: “Ona görə də bizi başa düşmək lazımdır. “Effektiv” sözü dərmanın insan orqanizminə necə təsir etməsinə aiddir”.
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov da deputat Tahir Kərimlinin dilçiliklə bağlı qaldırdığı məsələyə reaksiya verib. O deyib ki, dilin qorunması ilə bağlı qaldırılan fikirlə hamı razıdır.

Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 322
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR)

Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR)

  • 24 mar, 15:16
  • 1 673
Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR) 
Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar

Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar

  • 24 mar, 14:27
  • 3 442
Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar
Aydın Xırdalanlı vəfat etdi

Aydın Xırdalanlı vəfat etdi

  • 23 mar, 20:01
  • 1 164
Aydın Xırdalanlı vəfat etdi
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar