Ramin Hacılı barəsində həbs müddəti daha 2 ay uzadıldı.

28, 09, 18
18:15

Ramin Hacılı barəsində həbs müddəti daha 2 ay uzadıldı.



Azerbaycanrealligi.com xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində QHT rəhbəri Ramin Hacılının barəsində həbs qəti imkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. R.Hacılının barəsində həbs qəti imkan tədbiri daha 2 ay müddətinə uzadılıb. İyunun 4-də sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb. Onlara sərhəddi qanunsuz keçmə ittihamı elan edilsə də, daha sonra istintaq orqanları onlara əlavə ittihamlar da elan edib. Onlara qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 178.2.2-ci (təkrar dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın