Arif Hacılı xalqı təbrik etdi

20, 08, 18
22:52

Arif Hacılı xalqı təbrik etdi



Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Əziz həmvətənlər!

Sizi Qurban bayramı münasibətilə təbrik edir, sizə xoşbəxtlik və uğurlar arzulayıram. Qurban bayramı bütün dünya müsəlmanları üçün ən müqəddəs bayramlardan biridir. Xalqımız bu bayramı hər il səbirsizliklə gözləyir və təntənə ilə qeyd edir. İmkanı olan mömin müsəlmanlar bu bayram günündə Məkkə şəhərinə, Həcc ziyarətinə gedərək bütün dünya müsəlmanları ilə birlikdə müsəlmanlar üçün fərz olan borclarından birini yerinə yetirirlər. Qurban bayramı hər kəsi sülhə, birliyə, ədalətə, əminamanlığa səsləyən bayramlarımızdan biridir. Hər bir Azərbaycan ailəsinə bol bayram süfrəsi, rahatlıq və əminamanlıq arzulayıram. Bu müqəddəs gündəki qurbanlarınız, etdiyiniz dualar qəbul olunsun.

Arzu edirəm ki, xalqımız və dövlətimiz üçün edilən dualar Haqqın dərgahında qəbul edilsin.

Əziz həmvətənlər!

Sizi bir daha müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. Tanrı Sizi qorusun!”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın