Yaşıl çay cövhəri XƏRÇƏNGİN DƏRMANI İMİŞ

05, 08, 18
14:04

Yaşıl çay cövhəri XƏRÇƏNGİN DƏRMANI İMİŞ

Böyük Britaniyanın Suonsi Universitetinin alimləri ağciyərdə xərçəng hüceyrələrini bütünlüklə məhv edə bilən nano hissəciklər yarada biliblər.
Azerbaycanrealligi.com xəbər verir ki, Life.ru-nun verdiyi məlumata görə, bu barədə ACS Applied Nano Materials jurnalında bildirilib.

Məlumata görə, belə nəticəyə yaşıl çay cövhəri sayəsində gəlmək mümkün olub.

Araşdırmasılar müəyyən ediblər ki, bir çox mikrob və bitki hüceyrələri təbii nanohissəcikləri sintez edə bilir. Onlar orqanizmlərin hüceyrələrinin ekstraktının köməyi ilə kvant nöqtələr toplayıb, sonra isə bakterii koloniyalarında və xərçəng hüceyrələrində sınaqdan keçiriblər.
Eksperiment zamanı məlum olub ki, yaşıl çayı, daha doğrusu onun ekstraktını nanohissəciklər toplamaq üçün istifadə etmək olar.

Nanonöqtəciklər xüsusi strkutura malikdirlər, işığı udmaq və yeni tip elektromaqnit dalğalar yarada bilirlər.
Britaniyalı alimlər tərəfindən yaradılan nöqtələr ağ ciyərdə xərçəng hüceyrəsinin 80 faizini məhv edib.
Bioloqlar hesab edir ki, bu nəticə yaşıl çayı xərçəngə qarşı dərman hazırlamaqda istifadə etmək üçün yollar açır.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın