Bakıdakı apteklərdə narkotik tərkibli dərmanlar yeniyetmə, gənclərə reseptsiz satılır.

21, 01, 19
11:05

Bakıdakı apteklərdə narkotik tərkibli dərmanlar yeniyetmə, gənclərə reseptsiz satılır.


Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, dərman bazarı müəyyən dərəcədə nəzarətdən kənar qalıb. Bu  sahədə çox ciddi pozuntular,və qanuna uyğunsuzluqlar var. Qiyməti 5 manatdan çox olmayan “Tramal”, “Kontramal” “Tramadol” “Lirika”  adlı dərmanlar bu apteklərdə yeniyetmələrə 10 manata satılır.  

Həmin apteklərdə bu dərmanlarla yanaşı, qıcolma əleyhinə, “Lirika”, “Kontramal”  “Tramal”, “Tramadol”   depressiyanın müalicəsi üçün “Koaksil” də gənclərə reseptsiz satılır. Səhiyyə Nazirliyi 2013-cü ilin yanvarından “Lirika” preparatının fayda və risk nisbətlərinin monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər bu həblərin satışını dayandırılıb və dövlət qeydiyyatından çıxarıb. Bu həblərdən 17 yaşından aşağı uşaqlar istifadə edə bilməzlər. Bəs bu dərmanları qəbul edənlərdə hansı dəyişiklər baş verir?  

Məsələn, “tramadol” tərkibli həblərin satışı qadağan edilməyib, lakin bu dərman güclü psixotrop təsirə malikdir və yalnız həkim göstərişi əsasında satılmalıdır. Bu preparatdan ancaq güclü ağrısı olanlar, xərçəng xəstələri istifadə edə bilərlər. “Tramal” dərmanının əlavə təsirindən biri asılılıq yaratmasıdır. Bu dərmanların əlavə təsirləri:

eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir, şüur pozğunluğuna səbəb olur. Həmçinin başgicəllənmə, baş ağrısı, zəiflik, yorğunluq, nasazlıq, paradoksal CNS stimullaşdırılması (əsəbilik, təşviqat, anksiyete, tremors, əzələ spasms, euphoria, emosional davamsızlıq, varsanılar), yuxululuq, yuxu pozuqluqları, qarışıqlıq, koordinasiya fəsadları, mərkəzi mənşəli nöbet (yüksək dozada tətbiqi və ya antipsikotik (nöroleptikler), depressiya, yaddaşsızlıq, dəyərsizləşmiş idrak funksiyası kimi əlamətlər yaranır. Dərman qəbulundan sonra 15-30 dəqiqə ərzində təsir göstərir və 6 saat davam edir.   “Lirika” adlı dərmanı isə artıq dozada qəbul zamanı eyforiyaya səbəb olur və hərdən qavrama pozğunluğu (illuziya, hallusinasiya) ilə müşahidə olunur. Narkotik maddə ilə birlikdə qəbulu narkotik maddənin narkogenlik xüsusiyyətini artırır. Mütəmadi qəbul isə asılılığın yaranmasına, "şəxsiyyətin deqradasiyası"na gətirib çıxardır.  “Koaksil” qısa zamanda asılılıq yaradır və çətinliklə aradan qaldırılır. Bu zaman xəstələr aşağı ətraflarda, oynaqlarda olan ağrılar, ayaq əzələlərində qıcolmalar, üşütmə, tərləmə, əhval-ruhiyyənin enməsi və yuxu pozğunluğundan şikayətlənirlər. Təsirləri narkotik vasitələrin təsirindən fərqlənməyən bu dərmanların yeniyetmə və gənclərə bu qədər rahatlıqla satılmasının yarada biləcəyi fəsadları təxmin etmək isə çətin deyil.    

"Loğman" apteklərində Səhiyyə Nazirliyi tərəfindən satışı qadağan olunmuş, həmçinin vaxtı keçmiş dərman preparatları satılır: "Loğman Farm"a tabe olan Ağa Nemətulla, 93F, Bakı, Nərimanov ünvanında yerləşən "Loğman" apteki  də adları sadalanan psixotrop dərmanların qanunsuz satışı ilə məşğuldur və yaxınlıqda yerləşən təhsil müəssisələrində tələbələrin arasında adları yuxarıda qeyd olunan psixotrop dərmanların istifadəsi kütləvi şəkildə yayılmışdır. Ali təhsil müəssisələrinin rəhbərlikləri  və dövlət qurumları bu məsələnin həlli ilə bağlı ciddiyət göstərməməkdədir. Bu apteklər üzərində nəzarət demək olar ki, yox dərəcəsindədir. Qısa bir araşdırma aparılsa bəlli olur ki, bu apteklərin adlarının dəfələrlə bu məslələrlə bağlı hallansa da apteklər fəaliyyət göstərməyə davam edi.Bu vəziyyət bu apteklərin arxasında hansı vəzifəli şəxslərin dayandığı sualını ortaya çıxarır . Qısa bir araşdırma ilə hər kəsə aydın olacaqdır ki hal hazırdı psixotrop dərmanların azyaşlı uşaqlara resptsiz satılması həddindən artıq yayılmışdır. Bu məsələlərlə bağlı lazımi ciddiyyət göstərilməzsə bu gənclərimizi kütləvi şəkildə uçuruma doğru yuvarlayacaqdır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın