Gündə 5 ədəd alça yeməyin faydaları

17, 06, 18
11:00

Gündə 5 ədəd alça yeməyin faydaları


Yayın ən çox sevilən meyvələrindən biri də alçadır. Türkiyəli diyetoloq Nil Şahin alçanın faydalı xüsusiyyətlərindən danışıb;
*Yaşıl alça C, A vitaminləri, kalium, kalsium, maqnezium və dəmir mineralları ilə zəngindir.
*Aparılan araşdırmalar nəticəsində alçadakı antioksidantların digər meyvələrdəkindən ən az 10 dəfə daha güclü olduğu ortaya çıxıb.
*Alça liflə zəngin olduğu üçün qəbizliyin və mədə problemlərinin qarşısını alır.
*İmmunitet sistemini gücləndirir.
*Gündə 5 ədəd alça yemək diş ətlərinə faydalıdır.
*Arıqlamaq və əzələlərini gücləndirmək istəyənlər bol miqdarda yaşıl alça yeməlidir.
*Alça ağciyərlər üçün də faydalıdır. Araşdırmalar göstərib ki, yaşıl alça yeyənlərdə astma və ağciyər xərçənginə yaxalanmaq riski azalır.
*Alça tərkibindəki A vitamini sayəsində görmə qabiliyyətini yaxşılaşdırır. Bu baxımdan yaşlı insanlar üçün ən faydalı meyvələrdən biridir.

Bizimlə əlaqə saxlayın