Xaçmazda obyekt sahiblərinə 75 şallaq cəzası – Foto

25, 07, 18
11:39

Xaçmazda obyekt sahiblərinə 75 şallaq cəzası – Foto


Xaçmaz kəndlərində işıq sayğaclarının yenilənməsi zamanı qanunsuzluğa yol verildiyi haqda xəbərlər gəlir.
Azerbaycanrealligi.com Peyktv.az-a isitnadən xəbər verir ki, göndərilən qəbzlərdə mağazalara, obyektlərə külli miqdarda borc gəldiyi əksini tapıb.
Sakinlərin sözlərinə görə, elektrik sayğacları yenilənərkən istismar müddəti başa çatmayanlar da təzəsi ilə əvəzlənir.
Bu zaman hər bir yeni sayğacın üzərinə 75 manat borc yüklənir. Kəndlərdə həyata keçirilən bu qanunsuzluq total şəkildə davam edir.              
Sakinlər şikayətlənirlər ki, hər kənddə azı 3 mağaza var. Hər mağazadan 75 manat alınırsa, Xaçmaz kəndlərindən fantastik məbləğdə pul yığıldığını hesablamaq olar.
Obyekt sahibləri saytımız vasitəsi ilə Azərişıq ASC prezidenti Baba Rzayevə müraciət edərək Xaçmaz şəhər işıq idarəsi rəhbərliyinin fəaliyyətinə son qoymağı xahiş edirlər.










Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın