Vəzifəsinin öhdəsindən layiqincə gələn işıqlı insan - Emin Qədimli

01, 09, 21
10:48

Vəzifəsinin öhdəsindən layiqincə gələn işıqlı insan - Emin Qədimli


 Qarabağda tarixi qələbə qazanmış Azərbaycan dövləti bütün dünya ölkələri qarşısında öz gücünü, qüdrətini göstərdi. Elm, təhsil, səhiyyə, hərb və digər sahələrdə olduğu kimi elektrik enerjisi sahəsində də ölkəmizin müasir dünya ilə ayaqlaşması və inkişafı göz önündədir. Təbii ki, istənilən sahənin hərtərəfli inkişafı həmin sahə üzrə çalışan mütəxəssislərin bilik və bacarıqlarına söykənir. 

Belə mütəxəssislərdən biri də Cəlilabad rayon Elektrik şəbəkəsi idarəsinin satış müdiri Emin Qədimlidir. 

Əvvəla onu qeyd edək ki, dövlət əmlakı üzrə satış müdiri olmaq, bu vəzifəni icra etmək həddindən artıq məsuliyyət tələb edir. Çünki sözügedən məhsulun satışında dövlətlə xalq arasında yeganə vasitə sən olursan. Emin Qədimli də belə bir məsuliyyətli vəzifəni layiqincə icra edən mütəxəssislərdən biridir. 

Bu gün Cəlilabad rayon Elektrik şəbəkəsi iş planını layiqincə yerinə yetirirsə və rayon sakinləri elektrik enerjisinin verilməsindən razıdırlarsa, bu qüsursuz işdə ən böyük təşəkkür idarənin müdiri Firdovsi Qasımovdan sonra Emin Qədimliyə düşür. Çünki Emin Qədimli həm vətəndaşlarla münasibətdə, həm də öz işinə məsuliyyətdə çoxlarına nümunə ola biləcək bir kadrdır. 

Onu da vurğulayaq ki, Emin Qədimli gənc kadr olmasına baxmayaraq bu günə qədər çox ciddi vəzifələrdə çalışıb, bir neçə xarici dil bilir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın