Qəbələdə DSMF sədri Elçin Əliyevin dələduzluq yolu

26, 06, 18
20:23

Qəbələdə DSMF sədri Elçin Əliyevin dələduzluq yolu

Qəbələ rayon Sosial Müdafiə Fondunun sədri Elçin Əliyev haqqında Azerbaycanrealligi.com-a ilginc məlumat daxil olub. Bir neçə ay bundan əvvəl gözdən birinci qrup əlil Hüseynov Çingiz Əli oğlu sosial yardım almaq üçün rayonun DSMF-inə müraciət edib və araşdırma zamanı məlum olub ki, bu ailəyə, həqiqətən də, sosial yardım düşür. Beləcə, onlara bir illik sosial yardım verilməsi haqqında qərar qəbul olunub. Amma Elçin Əliyev son anda ailənin savadsızlığından sui-istifadə edərək özünə varlama yolu bilərək 4 nəfərlik ailəyə veriləcək aylıq sosial yardımın köçürülməli olan plastik kartları verməyib, əvəzində isə bildirib ki, sizə 3 aylıq birdəfəlik yardım ediləcək. Onlara 3 aylıq öz cibindən qeyri-qanuni pul verərək vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Bundan başqa, başqa etibarlı mənbənin sözlərinə görə, Elçin Əliyev rayonda qeyri-qanuni yolla bir neçə nəfəri sosial yardıma ehtiyacı olan vətəndaş kimi qələmə verib, onların adına xüsusi plastik kartlar hazırlatdırıb, aylıq sosial yardımları da mənimsəyərək dövlətin büdcəsini talamaqla məşğuldur. Məlumatlı mənbə onun da qeyd edir ki, hüquq-muhafizə orqanları əməliyyat apararsa, onun evindən bəzi məmurlar kimi yüzlərlə aylıq sosial yardım alan vətəndaşlara məxsus plastik kartları üzə çıxara bilər. Görünür, hüquq-muhafizə orqanlarının Qəbələdə Elçin Əliyev adlı əməliyyatı aparmağa ehtiyac var, amma nəyə görəsə çox gecikir.

Araşdirmamiz davam edir: Qəbələ rayonda Elçin əliyevin qanunsuz əməllərindən ziyan çekən vətəndaşlar dərhal bizimlə əlaqə saxlasin
telfon: 0558288841

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın