Ağsafa rayon İcra Hakimiyyəti rəsmisindən böhtan xarakterli iddialara cavab verildi

23, 04, 20
10:58

Ağsafa rayon İcra Hakimiyyəti rəsmisindən böhtan xarakterli iddialara cavab verildi


“Bəzi informasiya portallarında verilən qərəzli məlumatlar həqiqəti əks etdirmir” 

Son zamanlar bəzi informasiya portallarında Ağstafa  rayonunun  səhiyyə işçilərinin əməkhaqları Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubovanın nəzarəti ilə mənimsənildiyi iddia edilir.

İddialar ilə bağlı Azerbaycanrealligi.com əməkdaşları Ağstafa rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Saytımıza açıqlama verən rayon İcra Hakimiyyəti rəsmisi Əziz Məsməliyev bildirib ki

“Böhtan xarakterli bu dezinformasiyaya cavab olaraq bildiririk ki, Ağstafa rayon Mərkəzi Xəstəxanasının Ağstafa Rayon İcra Hakimiyyətinə heç bir tabeçiliyi yoxdur. Nəzərə çatdırırıq ki, respublikanın bütün rayonlarında, o cümlədən Ağstafada səhiyyə xidmətinə nəzarət “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” tərəfindən həyata keçirilir. Mərkəzi Xəstəxananın idarə olunması, səhiyyə işçilərinin aylıq əməkhaqlarına əlavələrin, habelə rayon büdcəsində səhiyyə xidməti üçün nəzərdə tutulmuş digər vəsaitlərin xərclənməsi mexanizmi Rayon İcra Hakimiyyətinin səlahiyyətlərindən tamamilə kənardır.

Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyəti koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimində tənha ahıllara, eləcə də digər həssas kateqoriyadan olan sakinləri daim diqqətdə saxlayır. Bu istiqamətdə icra olunan tədbirlər sırasında rayonda və kənarda yaşayan ağstafalı iş adamlarının və sahibkarların dəstəyi ilə aztəminatlı ailələrə sosial yardım edilir. Yeni Azərbaycan Partiyasının və Ağstafa Rayon İcra Hakimiyyətinin könüllülərinin, eləcə də rayon ictimaiyyətinin fəallarının iştirakı ilə ərzaq yardımları həmin ailələrin ünvanlarına çatdırılır.

Ağstafa Rayon İcra Hakimiyyəti ilə əlaqədar bəzi saytlarda və sosial şəbəkələrdə dərc olunan bu cür xarakterli yazılar qərəzli və tam əsassızdır”

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın