Bakıda yeni marşrut xətti fəaliyyətə başladı

07, 07, 18
16:05

Bakıda yeni marşrut xətti fəaliyyətə başladı

Bakıda yeni marşrut xətti fəaliyyətə başladı


Bakının Zirə–Mərdəkan qəsəbələri istiqamətində yeni marşrut xətti fəaliyyətə başlayıb.
Bunu virtualaz.org-a Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib.
“Zirə–Mərdəkan qəsəbələri istiqamətində başlanğıc dayanacaq məntəqəsi Zirə qəsəbəsi (Ə.Babayev küçəsi, məscid), son dayanacaq məntəqəsi isə Mərdəkan qəsəbəsi (S.Yesenin küçəsi 106) olmaqla 152 nömrəli müntəzəm marşrut xətti fəaliyyətə başlayıb. Yeni marşrut xəttinin təşkil edilməsi ilə bağlı qərar, sakinlər adından Xəzər rayonu Zirə bələdiyyəsinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla qəbul edilib”, - o qeyd edib.
BNA rəsmisi bildirib ki, marşrut xətti boyunca Yol Hərəkətinin Təşkili şöbəsi tərəfindən əraziyə baxış keçirilib və zəruri dayanacaq məntəqələrinin yerləri müəyyənləşdirilərək müvafiq tədbirlər görülüb.
G. Əliyeva
Virtualaz.org

Bizimlə əlaqə saxlayın